/ / Kristin Muttonen: Azərbaycanın multikulturalizm, mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində müsbət təcrübəsi var
Kristin Muttonen: Azərbaycanın multikulturalizm, mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində müsbət təcrübəsi var
09.09.2017 [11:38]
Sentyabrın 8-də Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvlərinin ölkəmizdə səfərdə olan qurumun sədri xanım Kristin Muttonen ilə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, nümayəndə heyətinin rəhbəri Bahar Muradova Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərə xüsusi önəm verdiyini bildirib. O, ATƏT-Azərbaycan əməkdaşlığından, regionda gedən proseslərdən söz açıb, bütün sahələrdə inkişaf edən ölkəmizlə qurum arasında əməkdaşlıq barədə fikirlərini bildirib, bu səfərin əməkdaşlığın genişlədirilməsi baxımından faydalı olacağına ümidvar olduğunu deyib.
Vitse-spiker Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu haqqında qonağa məlumat verib. Əsas diqqəti Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış münaqişənin nizamlanması məsələsinə yönəldərək, problemin qısa zamanda həlli üçün ATƏT-in əməli addımlar atmasının vacibliyini vurğulayıb. Münaqişənin region üçün təhlükəsindən danışan Bahar Muradova Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində mütəmadi olaraq təxribatlar törətdiyini və dinc azərbaycanlı sakinləri qətlə yetirdiklərini bir daha qonağın diqqətinə çatdırıb, qurumun bu yöndə zəruri addımlar atmalı, Ermənistan tərəfinə ciddi təsirlər göstərməli olduğunu deyib.
ATƏT Parlament Assambleyasının sədri Kristin Muttonen Bakıda olduğu müddətdə ölkə rəhbərliyi ilə müxtəlif sahələrə dair faydalı müzakirələr apardığını deyib. O, Azərbaycanın qurumla əməkdaşlığını yüksək qiymətləndirib və Assambleyadakı nümayəndə heyətinin fəal çalışdığını, mühüm təşəbbüslər və qətnamələr irəli sürdüyünü söyləyib. Qonaq Azərbaycanın multikulturalizm, tolerantlıq, mədəniyyətlərarası və dinlərarası dialoqun qurulması sahəsində müsbət təcrübəsi olduğunu vurğulayıb. Kristin Muttonen Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunması üçün zəruri danışıq mühitinin yaradılmasında əlindən gələni əsirgəməyəcəyini də qeyd edib.
Görüşdə deputat, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev, millət vəkilləri Kamran Nəbizadə, Tahir Mirkişili, Elşad Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.
Söhbət zamanı qarşılıqlı əhəmiyyət kəsb edən bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb, hər iki tərəfi maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

