/ / YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12.09.2017 [10:11]
Sentyabrın 11-də Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Siyasi Büronun üzvü, Vyetnam KP MK-nın xalq kütlələri ilə iş şöbəsinin müdiri xanım Çionq Txi Mayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan Əli Əhmədov bu səfərin ölkələrimiz və partiyalarımız arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirib. Azərbaycanla Vyetnam arasında ikitərəfli münasibətlərdən bəhs edən Əli Əhmədov qeyd edib ki, YAP ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlığın inkişafı iki dövlət arasında əlaqələrin inkişafında da vacib rol oynayır. YAP Sədrinin müavini partiyalar arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb. “Ümid edirəm ki, sizin bu səfəriniz həm dövlətlərimiz, həm də partiyalarımız arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcək”, - deyə Əli Əhmədov qeyd edib.
Azərbaycana dəvətə görə YAP rəhbərliyinə minnətdarlığını bildirən Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Siyasi Büronun üzvü, Vyetnam KP MK-nın xalq kütlələri ilə iş şöbəsinin müdiri xanım Çionq Txi May ölkəmizə səfərindən məmnunluğunu bildirib və yüksək qonaqpərvərliyə görə təşəkkür edib. Azərbaycanın sosial-iqtisadi cəhətdən sürətlə inkişaf etdiyini deyən qonaq ölkələrimiz, həmçinin YAP-la Vyetnam KP arasında əlaqələrin inkişafının əhəmiyyətini qeyd edib. O, xüsusilə vurğulayıb ki, Azərbaycanda vaxtilə neft sahəsində təhsil alan vyetnamlı tələbələr hazırda Vyetnamda yüksək vəzifə tuturlar. Qonaq bildirib ki, ölkələrimiz və xalqlarımız arasında ənənəvi dostluq münasibətləri mövcuddur. Çionq Txi May bu münasibətlərin əsasının Vyetnam xalqının lideri Xo Şi Min və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. O, Ümummilli lider Heydər Əliyevin Vyetnam xalqı tərəfindən böyük ehtiramla xatırlandığını bildirib. Qonaq həmçinin ölkələr arasında əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama səfərinin mühüm rol oynadığını diqqətə çatdırıb.
Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq haqqında Memorandumun imzalandığını xatırladan Çionq Txi May partiyaların həm ikitərəfli, həm də İCAPP çərçivəsində əməkdaşlıq etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu memorandum partiyalar arasında gələcək əməkdaşlığın inkişafına öz töhfəsini verməkdədir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu səfər tərəflər arasında gələcək əməkdaşlıq münasibətlərinin genişləndirilməsində mühüm rol oynayacaq.
Görüşdə həmçinin YAP İcra katibinin müavinləri - Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva iştirak ediblər.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

