/ / Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin Cocuq Mərcanlı ilə bağlı reallaşdıracağı layihələr müzakirə olunub
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin Cocuq Mərcanlı ilə bağlı reallaşdıracağı layihələr müzakirə olunub
12.09.2017 [10:13]
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov sentyabrın 11-də Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Ali İhsan Genç və Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim ilə görüşüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Türkiyənin dünya miqyasında bir-birinə ən yaxın ölkələr olduğunu, əməkdaşlığımızın bütün sahələrdə inkişaf etdiyini, Azərbaycan-Türkiyə əməkdaşlığının həm regionda, həm də regiondan kənarda böyük önəm daşıdığını qeyd edən Baş nazirin müavini bu əlaqələrin daha da inkişaf etdirilməsinin və birliyin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Əli Həsənov bildirib ki, iki dost və qardaş ölkənin rəhbərləri və xalqları arasındakı münasibətlərin yüksək səviyyədə olmasının tarixi kökləri var. Xalqımızın Ümummilli lideri Heydər Əliyev Türkiyə-Azərbaycan əlaqələrinə xüsusi önəm verirdi və bu əlaqələrin günbəgün möhkəmlənməsi üçün tədbirlər görürdü. Azərbaycan Prezidenti İlham Əliyevin bu qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsində müstəsna rolu var və dövlətimizin başçısı bu ənənələri bu gün yüksək səviyyədə davam etdirir.
Baş nazirin müavini qeyd edib ki, torpaqlarımız işğal edilən zaman ölkəmizdə olan qaçqın və məcburi köçkünlər üçün edilmiş humanitar yardımları da heç zaman yaddan çıxarmaq olmaz və burada qardaş Türkiyənin dəstəyi çox böyük olub.
Bu gün isə artıq sakinlər geriyə qayıtdıqdan sonra Türkiyədən olan iş adamlarının Cocuq Mərcanlıda müxtəlif layihələr həyata keçirmək məqsədilə yenidən xalqımızın yanında olduğunu deyən komitə sədri onların bu təşəbbüslərini yüksək dəyərləndirib və nümayəndə heyətinə minnətdarlığını bildirib.
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Ali İhsan Genç Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində kənd təsərrüfatı ilə bağlı planlaşdırdıqları layihələr haqqında məlumat verib və bildirib ki, nümayəndə heyəti Cocuq Mərcanlı kəndinə səfər edib, kənd sakinləri ilə görüşərək həyata keçirmək istədikləri layihələrlə bağlı fikir mübadiləsi aparıb, onların rəy və təkliflərini dinləyiblər.
Ali İhsan Genç qeyd edib ki, onların məqsədi uzun illərdən bəri istifadəsiz qalmış əkinəyararlı torpaqların yenidən əkin dövriyyəsinə qatılmasına və kənd təsərrüfatının önəmli sahələrindən biri olan heyvandarlığın inkişaf etdirilməsinə dəstək verməkdir. Həmçinin məqsəd bunun üçün birlikdə işləyərək orada yaşayan sakinlərin iş vərdişlərinin və dolanışıq imkanlarının bərpasına nail olmaqdır. Eyni zamanda, burada istehsal olunacaq hər hansı bir məhsul Cocuq Mərcanlı adı ilə dünyaya ixrac olunacaq və bununla da həyata keçiriləcək layihənin iqtisadi və sosial tərəfi ilə yanaşı, siyasi əhəmiyyəti də rol oynayacaq.
Diqqətə çatdırılıb ki, bununla əlaqədar olaraq mütəxəssislərdən ibarət birgə işçi qrupu yaradılıb və həyata keçiriləcək layihələrlə bağlı hərtərəfli iş aparılır. Hazırda kənd təsərrüfatında istifadə olunacaq torpaq sahələrindən nümunələr götürülərək laboratoriyalara göndərilib.
Baş nazirin müavini Əli Həsənov Qurban bayramında Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin və Gəncliyə Yardım Fondunun birgə iştirakı ilə Cocuq Mərcanlı kəndində yaşayan sakinlərə qurban əti paylanmasına görə təşəkkürünü bildirib. O qeyd edib ki, Cocuq Mərcanlıda yaşayan sakinlər bütün dünyaya öz doğma torpaqlarına necə bağlı olduqlarını göstərdilər. Bu gün Cocuq Mərcanlıda olan hər bir tədbir tarixi hadisədir və tarixə düşür.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

