Milli Məclisin komitə iclasında bir sıra qanun layihələri müzakirə olunub
13.09.2017 [10:14]
Sentyabrın 12-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2017-ci ilin payız sessiyası dövründə ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov sessiyanın başlaması münasibətilə komitə üzvlərini təbrik edib və işlərində müvəffəqiyyətlər diləyib.
Ziyafət Əsgərov diqqətə çatdırıb ki, 2017-ci ilin yaz sessiyası dövründə komitə üzvlərinin məhsuldar fəaliyyəti nəticəsində komitənin təqdim etdiyi 15 qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib.
Komitə sədri gündəlikdəki məsələləri təqdim edərək bildirib ki, bir sıra qanunlara redaktə xarakterli və uyğunlaşma məqsədilə düzəlişlər edilib. Belə ki, “Müdafiə haqqında”, “Sərhəd qoşunları haqqında” qanunlara və “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ saylı Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə təklif olunan dəyişikliklər “Elm haqqında” Qanunun qəbulu ilə bağlıdır. Adıçəkilən sənədlərin müvafiq maddələrində “elmi tədqiqat təşkilatları”, “elmi tədqiqat idarələri”, “elmi tədqiqat müəssisələri” sözləri “elmi müəssisə və təşkilatları” ifadəsi ilə əvəz edilir. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 92-ci maddəsində və 3 saylı əlavəsində “rütbə” sözü “ad” sözü ilə əvəzlənir.
Qeyd olunub ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna yeni 4.4-cü maddə əlavə olunur. Əlavəyə əsasən, müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqan tərəfindən aparılır. Qanunun 28.6-cı maddəsinə edilən əlavədə isə bildirilir ki, müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş zabitlərə hərbi biletin verilməsi həmin orqan tərəfindən həyata keçirilir.
Bildirilib ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna təklif olunan dəyişikliklər “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2017-ci il 1 fevral tarixli qanunun tətbiqi ilə əlaqədardır. Həmin dəyişikliyə əsasən “dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatları” sözlərindən sonra “publik hüquqi şəxslər” sözləri əlavə edilir.
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun 12-ci maddəsinin üçüncü hissəsinə “və digər” sözlərindən sonra “kütləvi qırğın silahlarının” sözləri əlavə edilir. Bu dəyişiklik “Sərhəd qoşunları haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır.
Sonra Ziyafət Əsgərov “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında SAH/SAM/BDD (Sualtı Hücum/Sualtı Müdafiə/Birinci Dərəcəli Dalğıc) birgə təlim müddətində Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyi arasında Əfqanıstan İslam Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaları haqqında” Sazişin təsdiq edilməsi barədə” sənədlərlə bağlı məlumat verib.
Komitə üzvləri iclasda təqdim olunan qanun layihələrini məqbul sayıblar və Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə ediblər.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

