Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Flora Qasımova: Serj Sarkisyanın BMT Baş Assambleyasındakı çıxışı cəfəngiyatdan başqa bir şey deyil

Flora Qasımova: Serj Sarkisyanın BMT Baş Assambleyasındakı çıxışı cəfəngiyatdan başqa bir şey deyil

22.09.2017 [10:24]

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi qeyd olunub”. Bu fikri Milli Məclisin deputatı Flora Qasımova deyib.
F.Qasımova bildirib ki, xüsusilə BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatının qətnamələrində bu məsələ öz əksini tapıb. Onun sözlərinə görə, həmin sənədlərdə münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında həll edilməsi də əksini tapıb.
“İşğalçı Ermənistanın prezidenti Serj Sarkisyanın BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışı cəfəngiyatdan başqa bir şey deyil. Güc tətbiqi ilə ələ keçirilmiş ərazilərdə xalqların öz müqəddəratını təyin etmək hüququ adı altında hakimiyyətin qanuniləşdirilməsi beynəlxalq hüquq prinsiplərinə ziddir. Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxmayana və münaqişə ədalətli həll edilməyənə qədər regionda uzunmüddətli sülh və əməkdaşlığın bərqərar olması mümkün deyil. Əgər beynəlxalq təşkilatların vasitəçiliyi nəticə verməsə, Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad edəcək”, - deyə deputat qeyd edib.

Paylaş:
Baxılıb: 471 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Siyasət

Gündəm

Ədəbiyyat

MEDİA

Ədəbiyyat

Sazım

20 İyun 08:50

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30