AŞPA-nın komitə iclasında Azərbaycanın sosial sahədə uğurlu təcrübəsindən danışılıb
28.10.2017 [00:21]
Oktyabrın 27-də Parisdə AŞPA-nın Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin Avropa Sosial Xartiyasının departamenti və Parlament Assambleyasının parlament layihələrinə dəstək şöbəsi ilə birlikdə “İş, təlim və bərabər imkanlar: hamı üçün ədalətli rəftar və inteqrasiyanı necə təmin etməli” mövzusunda parlament seminarı keçirilib.
AZƏRTAC xəbər verir ki, seminara Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Avropa Sosial Xartiyası üzrə alt komitənin sədri Sevinc Fətəliyeva sədrlik edib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli seminarda çıxış edərək ölkəmizdə sosial sahədə görülən işlər barədə məlumat verib. O, əmək hüququ, peşə yönümünün müəyyənləşməsi, cəmiyyətin həssas qrupunun üzvlərinə bərabər imkanlar yaradılması sahələrində həyata keçirilən islahatlardan danışıb. Milli Məclisin komitə sədri əlillərin işlə təmin olunması sahəsində Azərbaycan təcrübəsindən, onlara dövlət qayğısı və diqqətindən söz açıb. Ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün olduğu üçün bu sahəyə xüsusi diqqət yetirildiyi, əmək tutumlu iş yerlərinin yaradıldığı, hökumət tərəfindən maliyyə dəstəyinin göstərildiyi, güzəştli kreditlərin verildiyi diqqətə çatdırılıb. Həmçinin ölkədə 10 il ərzində 1 milyon 200 min iş yerinin yaradıldığı vurğulanıb. Bundan başqa, Prezident İlham Əliyevin təşəbbüsü ilə son illər emal müəssisələrinin sayının artması, aqrar sahənin və turizmin inkişafı ilə bağlı mühüm addımlar atıldığı bildirilib.
Hadi Rəcəbli Azərbaycanda özünüməşğulluq təsisatının yaradıldığını, heyvandarlıq, arıçılıq sahələrində iş yerlərinin açılması üçün maliyyə vəsaiti ayrıldığını qeyd edib. O, işsizlikdən sığorta institutunun fəaliyyətindən, onun məşğulluq xidmətinin işini köklü şəkildə dəyişməsindən söz açıb. Qeyd olunub ki, məşğulluq sosialı müdafiənin əsas pilləsidir. Peşə təhsilinin artırılması istiqamətində ölkəmizin təcrübəsi seminar iştirakçılarında xüsusi maraq doğurub.
Seminarda iştirak edən 34 ölkənin nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda əmək münasibətlərinin tənzimlənməsi, əmək tutumlu iş yerlərinin yaradılması və əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində görülən ardıcıl işlər haqında məlumatlandırılıblar.
Xəbər lenti
Hamısına baxMədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55

