Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ miqrantların geri qaytarılması üçün Liberiyaya 5 milyon dollar ödəməyə razılaşıb

ABŞ miqrantların geri qaytarılması üçün Liberiyaya 5 milyon dollar ödəməyə razılaşıb

22.08.2026 [22:58]

ABŞ administrasiyası üçüncü ölkə miqrantlarının Liberiyaya deportasiyası ilə bağlı razılaşmanın bir hissəsi olaraq həmin ölkəyə 5 milyon dollar ödənişi təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” (NYT) Dövlət Departamentinin daxili sənədlərinə istinadən məlumat yayıb.

2025-ci ilin oktyabr ayında Liberiya ABŞ-yə miqrantları qəbul etməyi nəzərdən keçirəcəyinə söz verib və dekabrda ABŞ Dövlət Departamenti bunun üçün 5 milyon dollar ödənişi təsdiqləyib. Dövlət Departamentinin sənədlərinə görə, bu vəsait digər məsələlərlə yanaşı, miqrantlar üçün mənzil və qida təminatı, eləcə də onların peşə təhsili üçün istifadə edilə bilər.

Daha əvvəl Liberiyanın “Spoon TV” telekanalı informasiya, mədəniyyət və turizm naziri Jerolinmek Piaya istinadən ölkənin gələn il ərzində ABŞ-dən 1200 üçüncü ölkə vətəndaşını qəbul edəcəyini bildirmişdi. Deportasiya edilənlərin ilk qrupu avqustun 20-də ABŞ-dən Liberiyaya gəlib.

Paylaş:
Baxılıb: 68 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31