"Qarabağ" Avropaya səs salıb
08.08.2009 [15:51]
ölkə futbolu tarixində böyük uğura imza atan Ağdamın “Qarabağ” klubu Avropaya səs salmaqda davam edir. Norveçin bütün dünyada məşhur olan “Rusenborq” klubundan sonra, “Qarabağ” bu dəfə Finlandiyanın məşhur “Honka” klubunu məğlub etməyi bacardı. üst-üstə iki mərhələ keçməklə pley-offa vəsiqə qazanmış komandamız bununla da ölkə futbolunda bir ilkə imza atıb.
“Qarabağ”ın qələbəsi məğlub etdiyi klubların məxsus olduğu ölkələrin mətbuatında geniş işıqlandırılır. Ən önəmlisi odur ki, Norveç və Finlandiya mətbuatında “Qarabağ”ın Ağdamı təmsil etdiyi və bu şəhərin erməni işğalı altında olduğu vurğulanır. “Qarabağ” həm meydançada qələbə qazanır, həm də qazandığı qələbə ilə ölkə həqiqətlərini bütün dünyaya yayır. “Qarabağ”ın qazandığı bu qələbədə ölkədə futbola dövlət tərəfindən göstərilən diqqət və qayğı, futbolun inkişafı ilə bağlı qəbul edilən dövlət proqramının payı çox böyükdür. Məhz dövlət proqramının icrası nəticəsində ölkə futbolu dirçəlməyə başlayıb və bu gün Avropa Liqasının pley-off mərhələsində artıq iki Azərbaycan klubu mübarizə aparır. Futbola dövlətin qayğısının daha bir bariz nümunəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovla telefonla danışaraq komandamızın qazandığı qələbə münasibətilə onu təbrik etməsidir.
Pley-off mərhələsinə vəsiqə qazanan Ağdam klubu iddialarını bir qədər də artırıb. Klubun gənc baş məşqçisi Qurban Qurbanov bildirib ki, “Honka” ilə ilk oyunda qazanılan qələbəyə görə futbolçularda arxayınlıq yaranmamışdı: “İlk görüşdə qələbə qazansaq da, arxayınlaşmamışdıq. Rəqib heç də zəif deyildi və bu səbəbdən biz “Honka” ilə matça ehtiyatla çıxmışdıq. Birinci hissədə futbolçular həyəcanlı idilər. Fasilədə onlarla söhbətimiz oldu. Allaha şükür ki, bunun nəticəsini gördük. Onlar ikinci hissədə oyuna köklənə bildilər. Sevindirici haldır ki, 4 oyunun hamısında 2-ci hissədə fərqli oynadıq. ümumiyyətlə, futbolçularımız möhtəşəm oynadılar”.
Qurban Qurbanov bildirib ki, havanın isti olması da oyuna təsir edib: “İlk hissədə səhvlər çox oldu. Havanın isti olması təsirsiz ötüşmədi. Ancaq ən əsası yenə tarix yazdıq. özü də buna qələbə ilə nail olmağın başqa ləzzəti var. Azarkeşlərə, jurnalistlərə dərin təşəkkürümü bildirirəm. Bizə hər zaman dəstək olursunuz. Uğurlarımızda hamınızın payı var”.
“Honka”nın baş məşqçisi Mika Lekosuo isə bildirib ki, Ağdam klubu şanslardan daha yaxşı istifadə edib: “Məncə biz pis oynamadıq. Rəqib bizimlə müqayisədə şanslardan daha yaxşı yararlandı. Yaxşı oynasaq da, məğlub olduq. Futbolda belə hallar olur. Meydana qələbə üçün çıxmışdıq. Amma alınmadı. Təəssüf ki, istəyimizə nail ola bilmədik”.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

