Milli Məclisdə Azərbaycan-Çin münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
15.11.2017 [10:25]
Noyabrın 14-də Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsi katibinin müavini Li Çjunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə QHT-lərin və Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri də iştirak ediblər.
Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Çinlə işçi qrupu Milli Məclisdə ən böyük işçi qruplarından biridir. Parlamentin beş komitəsinin sədrləri də bu qrupun üzvləridir.
Qeyd olunub ki, bu gün Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında münasibətlər yüksək səviyyədədir. Çin Kommunist Partiyasının 2017-ci ilin oktyabrında keçirilmiş XIX qurultayı barədə danışan Siyavuş Novruzov qurultayın uğurla keçməsi münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, həmin qurultayda qəbul olunmuş qərarlar təkcə Çin xalqı üçün deyil, həm də Orta Asiya və Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir.
2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyətə başladığını xatırladan Siyavuş Novruzov bildirib ki, gələcəkdə bu yol Çindən Böyük Britaniyaya qədər uzanaraq Asiya ilə Avropanı birləşdirəcək.
Qeyd edilib ki, bu gün Çin iqtisadiyyatı dinamik inkişaf edir, dünya iqtisadiyyatında öz payını artırır və qlobal risklərin qarşısının alınmasında böyük rol oynayır.
Siyavuş Novruzov mötəbər beynəlxalq tədbirlərdə həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Çin dövlətinə minnətdarlığını bildirib.
Li Çjun diqqətə çatdırıb ki, Çin və Azərbaycan ötən 25 il ərzində qarşılıqlı münasibətlərdə böyük uğurlara imza atıblar. Hər iki ölkənin hakim partiyaları arasında münasibətlərin yüksək səviyyədə olması da bu sahədə öz sözünü deyir. O, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin XIX qurultayında müzakirə olunmuş məsələlər və qəbul olunmuş qərarlar barədə ətraflı məlumat verib.
Söhbət zamanı Çinin inkişafında elmi-texniki tərəqqinin rolu barədə də fikir mübadiləsi aparılıb.
Görüşdə çıxış edən Milli Məclisin komitə sədrləri Ziyad Səmədzadə, Eldar İbrahimov, Hadi Rəcəbli və İsa Həbibbəyli Çin iqtisadiyyatının inkişafı, bu inkişafın gələcəkdə də davam etməsi üçün görülən işlər barədə fikirlərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

