Siyavuş Novruzov: Azərbaycanda yeni amnistiya aktı qəbul edilməlidir
02.02.2018 [10:07]
“Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyidir. Bununla bağlı ölkə başçısı tərəfindən Sərəncam imzalanıb və bu əlamətdar hadisə ilə əlaqədar tədbirlərin keçirilməsi nəzərdə tutulur”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin yaz sessiyasının ilk iclasında çıxışı zamanı deyib.
Bu il, eyni zamanda, müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin qeyd olunacağını deyən S.Novruzov bildirib ki, Milli Məclisin tədbirlər planına bununla bağlı da məsələlər daxil edilməlidir. Onun sözlərinə görə, Ümummilli liderin fəaliyyətinin əsas hissəsini ölkədə humanizm prinsiplərini bərqərar etmək təşkil edib.
“Humanizm Ulu öndərin həyat meyarı olub. Məhz 1995-ci ildən 2018-ci ilədək istər Ulu öndərin, istərsə də Prezident İlham Əliyevin hakimiyyəti dövründə Amnistiya və Əfv fərmanları qəbul edilib. Bu müddət ərzində 63 əfv və 11 amnistiya qərarı qəbul edilib. Hər bir millət vəkili amnistiya təşəbbüsü ilə çıxış edə bilər. Builki əlamətdar hadisələri nəzərə alaraq, ölkə başçısından bu təşəbbüsü öz üzərinə götürməyi xahiş edə bilərik. Bu həm AXC-nin 100 illiyinə, həm də Ulu öndərin anadan olmasının 95 illiyinə verilən qiymət ola bilər”, - deyən millət vəkilinin sözlərinə görə, bu amnistiya aktı digərlərindən fərqlənməlidir.
“Hesab edirəm ki, bu akt fərqli olmalıdır. Amnistiya aktının əhatəsi prinsip etibarı ilə geniş olmalıdır. Bu amnistiya aktı ilk növbədə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edənlərə, yaşı 60-dan yuxarı olan qadınlara, həmçinin himayəsində azyaşlı uşaqları olanlara, yaşı 70-dən yuxarı olan bütün kişilərə, radikal cərəyanlara qoşulmayan dindar şəxslərə, ayrı-ayrı reputasiyalı beynəlxalq təşkilatların təsirinə düşüb bilmədən cinayət törədən gənclərə tətbiq oluna bilər. Bu gün ATƏT-də, NATO-da, AŞPA-da müəyyən qruplar var ki, müxtəlif bəhanələrlə ölkəmizin imicinə kölgə salmağa çalışırlar. Hesab edirəm ki, amnistiya aktı bu məsələlərə də son qoya bilər”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

