Prezident İlham Əliyev: Gənc nəsil milli dəyərlər əsasında tərbiyə edilməlidir
08.02.2018 [09:50]
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 52-ci kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, çoxcildliyin bu kitabında toplanan materiallar 2012-ci ilin iyulundan sentyabrınadək olan dövrü əhatə edir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu kitabında dövlətimizin başçısının XXX Yay Olimpiya Oyunlarının keçirildiyi London şəhərinə, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına, Belarus Respublikasına, Fransaya səfərlərinə, habelə Tacikistan Respublikası Prezidentinin, Türkiyənin Baş nazirinin, NATO-nun Baş katibinin Bakıya səfərləri zamanı apardığı danışıqlara, mətbuata bəyanatlarına, imzalanan sənədlərə dair materiallar toplanıb. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarında Ermənistanın işğalçılıq siyasəti barədə məlumat verib, dünya ictimaiyyətini Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllinə dəstək olmağa çağırıb.
Nəşrin bu cildinə Azərbaycan Prezidentinin Rusiya, İtaliya, İspaniya, Meksika, Türkiyə, İran, Gürcüstan, Polşa, Litva və digər dövlətlərin, ATƏT, Avropa İttifaqı və Dünya Turizm Təşkilatının, xarici şirkətlərin yüksəkvəzifəli şəxslərini qəbul etməsinə dair materiallar daxil olunub. Kitabda dövlətimizin başçısının neft-qaz mövzusunda yazan jurnalistlərin Bakı şəhərində keçirilən Beynəlxalq Media Forumunun iştirakçılarına müraciətinin, Azərbaycanın Yəhudi icmasına Yeni il bayramı - Roş-Ha-Şana münasibətilə təbrikinin mətnləri yer alıb.
Çoxcildliyin 52-ci kitabına daxil edilən materiallardan biri də dövlətimizin başçısının 2012-ci il avqustun 14-də Ramazan ayı münasibətilə iftar mərasimindəki çıxışıdır. Prezident İlham Əliyev çıxışında deyib: “Gənc nəsil milli dəyərlər əsasında tərbiyə edilməlidir, xüsusilə indiki zəmanədə. Qloballaşan dünyada bəzi hallarda sərhədlər silinir. Bəzi hallarda ölkələr arasında sərhədlər, mənəvi sahədə sərhədlər pozulur, sərhədləri keçirlər. Buna yol vermək olmaz. Bizi xalq kimi qoruyub saxlayan milli mənəvi dəyərlərimizdir, islami dəyərlərimizdir, dilimizdir, ədəbiyyatımızdır. Əgər biz bundan sonra da ölkəmizin uğurlu inkişafını istəyiriksə, bu məsələlərə mütləq diqqət göstərilməlidir. İqtisadi islahatlar daha da sürətlə gedə bilər, ləng də gedə bilər. Bu, o qədər də böyük problem yaratmaz. Ancaq əgər milli dəyərlərimizdə hər hansı bir boşluq yaranarsa, yaxud da ki, milli mənəvi əsaslarımız zərər görsə, onda, əlbəttə, ölkə böyük çətinliklərlə üzləşər”.
Dövlətimizin başçısının Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqinə, Lənkəran, Şəki şəhərlərinə, Cəlilabad, Zaqatala, Qax, Qəbələ rayonlarına səfərlərinə, bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşlərinə, infrastruktur obyektlərinin açılışında, təməlqoyma mərasimlərində iştirakına, paytaxtımızda aparılan abadlıq-quruculuq işləri ilə tanışlığına dair informasiyalar da bu cilddə toplanıb. Nəşrdə, həmçinin Prezident İlham Əliyevin Azərbaycanın uğurlu daxili və xarici siyasətinə, iqtisadi potensialın möhkəmlənməsinə, ordu quruculuğuna, regionların sosial inkişafına, ictimai-siyasi həyatın digər sahələrinə dair nitq və çıxışlarına yer verilib.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 52-ci cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxSosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35

