Azərbaycan hara addımlayır?
14.02.2018 [10:04]
2017-ci ilin yekunlarına əsasən bu respublika MDB məkanında ən dinamik inkişaf edən ölkə hesab olunub
Rusiyanın nüfuzlu “Trud” qəzetinin 13 fevral nömrəsində “Azərbaycan hara addımlayır” sərlövhəli məqalə dərc edilib. AZƏRTAC məqaləni təqdim edir.
* * *
Bu günlərdə Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Rusiya Dövlət Dumasında azərbaycanlı həmkarları qəbul ediblər. Rusiyalı deputatlar öz qonşuları barədə danışarkən respublikanın uğurlarını xüsusi qeyd ediblər: 2017-ci ilin yekunlarına əsasən bu respublika MDB məkanında ən dinamik inkişaf edən ölkə hesab olunub.
“Azərbaycan iri addımlarla irəliləyir!”. Bu qanadlı ifadəni Sov.İKP MK-nın Baş katibi Leonid Brejnev 1982-ci ildə Bakıya səfəri zamanı respublikaya Lenin ordenini təqdim edərkən işlədib. Həmin ilin sentyabr səfəri Baş katib üçün sonuncu oldu, bu sözlər isə sən demə, böyük uzaqgörənliklə söylənilib.
Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Leonid Slutski Azərbaycan barədə sərginin açılışında qeyd edib ki, Azərbaycan “postsovet məkanının hüdudlarından kənarda ən çiçəklənən iqtisadiyyatlardan birinə çevrilib, həmçinin bir sıra böyük beynəlxalq təşəbbüslərin mənbəyidir”.
Bu yaxınlarda Davosda keçirilmiş forumun ekspertlərinin fikrincə, 2017-ci ildə Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətlilik reytinqində iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşıb. Bəs, beynəlxalq maliyyə təsisatları Cənubi Qafqazın bu respublikasını SSRİ-nin digər “varisləri” arasında nəyə görə xüsusi fərqləndirirlər?
Qeyd edək ki, SSRİ-nin dağılması nəticəsində “hər bacıya bir sırğa düşüb”. Məsələn, əhalisinin sayına və iqtisadi potensialına görə Sovet Ukraynasını həmin dövrdə Avropanın aparıcı dövlətləri ilə, məsələn, Fransa ilə müqayisə etmək olardı. Bəs indi Ukrayna hara, Azərbaycan hara? Məsələ təkcə neftdədirmi?
Milli Məclisin deputatı, Dövlət İdarəçilik Akademiyası yanında Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov əsrin dörddəbiri qədər əvvəlki dövrə qayıdır. O, həmin dövrü xatırlayaraq deyir: “1990-cı illərin əvvəlində bizim hökumət qüsurlu idi. Xalq cəbhəsi dövründə anarxiya başlanmışdı, ölkə vətəndaş müharibəsi həddində idi. Ölkənin həm cənubunda, həm də şimalında separatizm yaranmışdı, Azərbaycan parçalanma təhlükəsi qarşısında idi. Belə bir vaxtda şəxsiyyətin rolu amili həlledici oldu. Rusiyada hakimiyyət nəyə görə güclüdür? Ona görə ki, Putin güclü şəxsiyyətdir. Bu gün Azərbaycanda hamı bilir ki, Heydər Əliyev hakimiyyətə qayıdandan sonra hərc-mərcliyə son qoyuldu. Məhz Onun sayəsində 10 il ərzində Azərbaycan iqtisadiyyatında və ölkənin bütün həyatında bərpa, sonra isə inkişaf yaşandı”.
Diletantlardan sonra hakimiyyətə gələn Heydər Əliyev yaxşı bilirdi ki, yarımüflis vəziyyətdə olan ölkəyə inkişaf edən iqtisadiyyata əsaslanan siyasi sabitlik lazımdır. Məhz həmin vaxtda O, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” (AÇG) neft yataqları qrupuna diqqət yetirdi. Sovet geoloqlarının kəşf etdiyi bu yataqlar Xəzərdə ən iri neft-qaz kondensat yatağı hesab edilir. İlkin hesablamalara görə, bu yatağın neft ehtiyatları 500 milyon ton hesab edilirdi, lakin sonradan bu rəqəmin daha böyük olması təsdiqləndi.
1994-cü ilin sentyabrında Bakıda möhtəşəm bir hadisə oldu: dünyanın 8 ölkəsini, o cümlədən Rusiyanı təmsil edən 11 iri transmilli şirkətlə “Azəri-Çıraq-Günəşli” yataqları blokunun birgə işlənilməsi barədə “Əsrin müqaviləsi” imzalandı. Beynəlxalq ekspertlərin rəyinə görə, “Əsrin müqaviləsi” istər karbohidrogen ehtiyatlarının həcminə, istərsə də investisiyaların ümumi məbləğinə görə ən iri sazişlər siyahısına daxil olub. İndiyə qədər bu yataqlardan 3 milyard barreldən çox neft hasil edilib, bu layihəyə qoyulmuş sərmayələrin ümumi məbləği isə 33 milyard dollara yaxındır.
Neft hasilatının artımı və qaz yataqlarının işlənilməsi karbohidrogenlərin qiymətinin artması ilə eyni vaxta düşdü. Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) sürətlə artdı: 1992-2014-cü illərdə bu göstərici 1,2 milyard dollardan 75,3 milyard dollara çatıb (keçmiş SSRİ respublikaları arasında rekord göstərici). Əhalinin hər nəfərinə düşən ÜDM bu müddətdə artaraq 159 dollardan 8000 dollara çatıb.
Respublikanın indiki Prezidenti İlham Əliyev atasının işini ləyaqətlə davam etdirir. 2017-ci ilin sentyabrında AÇG yataqlarının işlənilməsinə dair kontraktın müddəti 2050-ci ilə qədər uzadıldı. Prezident İlham Əliyev bununla əlaqədar deyib: “Bu, imkan verəcək ki, xarici sərmayədarlar Azərbaycanın neft sektoruna bundan sonra da iri sərmayələr yatırsınlar. Burada söhbət on milyardlarla dollardan gedir”.
Azərbaycan üçün növbəti qlobal enerji layihəsi “Şahdəniz” qaz-kondensat yatağının mənimsənilməsi oldu. 1954-cü ildə kəşf edilmiş bu yataq da Xəzərdə ən iri yataq hesab edilir. Azərbaycan rəhbərliyi, necə deyərlər, velosiped icad etməyə başlamadı, bu yatağın işləməsi üçün 1996-cı ildə Rusiyanın “Lukoyl” şirkəti də daxil olmaqla beynəlxalq neft-qaz şirkətləri konsorsiumu ilə əhəmiyyətinə görə ikinci saziş imzalandı.
“Şahdəniz” yatağından Gürcüstana, daha sonra Türkiyəyə qaz nəqlinin başlanması Avropa İttifaqının “Cənub Qaz Dəhlizi” adlı layihənin icrasına başlamaq barədə qərarı ilə eyni vaxta düşdü. Burada söhbət Xəzər dənizi regionundan Rusiya və Ukraynadan yan keçməklə Aİ ölkələrinə qaz nəqlini təmin etməli olan lokal qaz kəmərləri sisteminin tikintisindən gedir. Proqnozlara görə, 2020-ci ilin əvvəlində Azərbaycan Avropa bazarına 10 milyard kubmetr qaz nəql edə biləcək. Bu, o deməkdirmi ki, respublika öz şimal qonşusu ilə rəqabət apara bilər? Elman Nəsirov bu fərziyyəyə şübhə ilə yanaşaraq deyir: “Avropanın qaza illik tələbatı 500 milyard kubmetrə bərabərdir. Bu həcmin təxminən 49 faizini Rusiya təmin edir. Azərbaycan yalnız iki ildən sonra qaz sata biləcək və bu satışın həcmi Rusiyanın satışı ilə müqayisədə bir tərtib aşağı olacaq. Buna görə də Aİ üçün Rusiya yenə əsas tərəfdaş olaraq qalacaq”.
Energetika sahəsində meqalayihələrin reallaşdırılması Azərbaycanın sabit inkişafını təmin etməlidir. Lakin 2015-ci ildə neftin qiymətinin azalması ölkə büdcəsinin neft-qaz gəlirlərindən yüksək dərəcədə asılı olduğunu göstərdi. İqtisadiyyatın şaxələndirilməsi məsələsi gündəliyə gəldi. Bu baxımdan ümumi uzunluğu 850 kilometr olan qlobal nəqliyyat layihəsinin - Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin reallaşdırılması ciddi addım olmalıdır. BTQ dəmir yolu xətti 2017-ci il oktyabrın 30-da açıldı və dərhal qonşuların böyük marağına səbəb oldu. Yeni BTQ nəqliyyat dəhlizi tarixi İpək Yolu üzrə yükdaşımalar üçün ciddi potensiala malikdir.
İlham Əliyev Davos Forumunun iştirakçılarına bu genişmiqyaslı layihə barədə məlumat verərək deyib: “Bu gün bu, Çindən Avropaya olan ən qısa marşrutdur - əvvəllər bu məsafə 30-35 gün ərzində qət olunurdusa, artıq bu gün iki həftə ərzində qət edilir. ... Açıq okeana çıxışı olmayan bir ölkə kimi Azərbaycan regional nəqliyyat dəhlizinə çevrilmişdir”. Prezident xüsusi vurğulayıb ki, qonşu ölkələrlə münasibətlərin yaxşılaşdırılması Azərbaycanın xarici siyasətinin prioritetidir. Azərbaycan iri addımlarla irəliləyir - sülhə, əməkdaşlığa və daha böyük iqtisadi inkişafa doğru.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57

