/ / Novruz Məmmədov: Türkiyə mətbuatında Azərbaycanla bağlı dezinformasiya xarakterli xəbərin dərci məni şoka saldı
Novruz Məmmədov: Türkiyə mətbuatında Azərbaycanla bağlı dezinformasiya xarakterli xəbərin dərci məni şoka saldı
04.09.2009 [10:16]
“İndiki həssas məqamda Türkiyədə də, başqa ölkələrdə də Türkiyə-Azərbaycan münasibətlərinə, strateji tərəfdaşlığına soyuqluq gətirmək istəyənlərin olması istisna deyil. Belə niyyəti Rusiyanın “Reqnum” agentliyində də görürəm. Əlbəttə, “Reqnum”un sahibinin kimliyini, onun hansı məqsədə qulluq etdiyini nəzərə alanda onların dezinformasiya yaymalarının səbəbi bizə aydın olur. çünki bu agentliyin Azərbaycanla bağlı xəbərlərində məqsədin nə olduğunu yaxşı bilirik. Oranın odioz bir şəxs olan rəhbəri özünün “nəzəriyyələri”nə əsaslanaraq, tez-tez çıxışlar edib, regionu Azərbaycan əleyhinə qaldırmaq istəyir və bununla Rusiyanın maraqlarına xidmət etdiyini güman edir. Amma bu şəxs yanılır” - deyə, Adminisitrasiyanın şöbə müdiri qeyd edib.
N.Məmmədov bildirib ki, “Bu gün” qəzeti guya ki, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasını nəzərdə tutan protokolla bağlı məlumat yayılan kimi Azərbaycan Prezidentinin Gürcüstandakı səfərini yarımçıq qoyaraq, ölkəyə qayıtdığını, Milli Məclisin növbədənkənar iclasını çağırdığını yazıb: “Belə yalanı yazmağa bilmirəm kim cürət edir, bunu hansı məqsədlə yazmaq olar, bu nə deməkdir? Bundan başqa, guya ki, Azərbaycanla Ermənistan arasında hansısa protokol imzalanıb, Azərbaycan bu xəbəri eşidəndə şoka düşüb, Türkiyəni xəyanətdə ittiham edib və s. Bütün bunların hamısı yalandır. Belə yalanların yazılması və Türkiyədə işıq üzü görməsi, həm Türkiyə, həm də Azərbaycan ictimaiyyətinə mənfi təsir göstərir. Bununla bağlı bu gün Türkiyənin Bakıdakı səfiri Hulusi Kılıcla danışdım. Səfir mənə “belə məsələlərə fikir verməyin” deyib, “it hürər, karvan keçər” atalar sözünü misal gətirdi. Əslində belədir. Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq, strateji tərəfdaşlıq əlaqələrinin 100 illik, 1000 illik tarixi var, ona hansısa “Reqnum” saytının yazdığı yalan, böhtan məlumatlarla təsir etmək olmaz. Amma Türkiyə mediasının belə yazması mənə pis təsir edir. Burada yazılanların hamısını oxuyanda insan fikirləşir ki, bu yalanı uydurmaq üçün nə cür şəxsiyyətə, ləyaqətə, şərəfə nail olmaq lazımdır”.
N.Məmmədov bildirib ki, “Bu gün” qəzeti Azərbaycan millət vəkillərinin Türkiyəyə də məhz son məsələlərlə bağlı ezam edildiyini yazıb: “Amma millət vəkillərinin Türkiyəyə səfəri 2 ay əvvəl planlaşdırılıb. Mənim həm Azərbaycan, həm də Türkiyə ictimaiyyətinə mesajım bundan ibarətdir ki, belə yalın, böhtan məlumatlara fikir vermək və inanmaq lazım deyil”.
Qeyd edək ki, Türkiyənin “Bu gün” qəzetinin dünənki sayında dərc olunan “Azərilər də imzalamış” başlıqlı məqalədə Türkiyə ilə Ermənistan arasında protokol imzalanmasının Azərbaycanı şok vəziyyətinə saldığı, Prezident İlham Əliyevin bu məsələ ilə bağlı parlamentin fövqəladə iclasını çağırması barədə əsassız məlumatlar yer alıb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

