/ / Azay Quliyev: Ermənistanın beynəlxalq layihələrdən kənarda qalmasının səbəbi onun işğalçılıq siyasətidir
Azay Quliyev: Ermənistanın beynəlxalq layihələrdən kənarda qalmasının səbəbi onun işğalçılıq siyasətidir
23.02.2018 [10:19]
ATƏT Parlament Assambleyasının (ATƏT PA) 17-ci qış sessiyasının daimi komitəsinin iclasında Ermənistan nümayəndə heyətinin rəhbəri Hermine Nağdalyan ənənəvi olaraq Azərbaycana qarşı iftiralar səsləndirib. O, Cənubi Qafqazda həyata keçirilən infrastruktur layihələrində Ermənistanın düşünülmüş şəkildə təcrid edilməsini qeyri-qanuni addım kimi dəyərləndirib. Erməni deputat beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsini öz fəaliyyətinin əsas prinsiplərindən biri elan edən ATƏT PA-nı regional layihələrdən kənarda qalan Ermənistana qarşı bu cür “haqsız” mövqeyə münasibət bildirməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev çıxışında erməni deputatın söylədiyi məqamlara aydınlıq gətirib. O qeyd edib ki, ATƏT PA kimi nüfuzlu beynəlxalq platformada “Dağlıq Qarabağ respublikası” və ya “Dağlıq Qarabağ respublikasının parlamenti” kimi ifadələrin səsləndirilməsi qeyri-ciddilikdən xəbər verir. Heç bir beynəlxalq təşkilat belə bir qurumu tanımır və bütün bunlar ictimai fikri çaşdırmağa xidmət edən cəhdlərdən başqa bir şey deyil.
Daha sonra vitse-prezident bildirib ki, bu gün beynəlxalq nəqliyyat və infrastruktur dəhlizləri Azərbaycan ərazisindən keçir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistan bu təşəbbüslərə qoşulmaq üçün işğal olunmuş Azərbaycan ərazilərindən çıxmalı, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına şərait yaratmalıdır. Lakin Ermənistan indiyə kimi işğalçılıq siyasətini davam etdirir. Ermənistanın bütün regional layihələrdən kənarda qalmasında əsas günah və məsuliyyət Azərbaycanın deyil, onilliklərdən bəri Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanın üzərinə düşür. Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan beynəlxalq layihələrdən təcrid olunmasından şikayətlənir. Bu şikayətin özünün məntiqi əsası yoxdur: “Mən erməni həmkarlarımı səmimi olmağa çağırıram. Aydındır ki, siz Yerevanda aldığınız təlimatlara uyğun olaraq, Azərbaycana hücumlar etmək üçün burada iştirak edirsiniz. Lakin bu beynəlxalq tədbir həmin təlimatların icra edilməsi üçün məkan deyil və sizi sessiyadakı işgüzar atmosferi pozmamağa çağırıram”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

