Multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir
07.03.2018 [09:47]
Paraqvayın “Logistica & Negocios” nəşri beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyzin “Naxçıvan Azərbaycan multikulturalizmini mədəniyyətlərarası qlobal dialoqun dəyərli mənbəyi kimi təbliğ edir” adlı məqaləsini dərc edib.
AZƏRTAC xəbər verir ki, müəllif məqaləsində 2017-ci ilin oktyabrında Naxçıvan Pedaqoji Universitetində təqdimatı keçirilən yeni “Azərbaycan multikulturalizmi” dərsliyinin dərc olunmasından, bütövlükdə, Azərbaycanın beynəlxalq dialoq sahəsində əldə etdiyi nailiyyətlərdən yazır. Azərbaycan tədqiqatçılarından sitat gətirən Teyz yazır ki, multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Bu gün Azərbaycan özünün zəngin multikulturalizm modelini dünyaya nümayiş etdirir. Ekspert qeyd edir ki, Naxçıvan Muxtar Respublikası (Azərbaycan) faktiki olaraq, “multikulturalizm laboratoriyası” və bütün dünya üçün böyük əhəmiyyət kəsb edən arxeoloji mənbədir. Arxeoloji mədəniyyət abidələri hələ qədim dövrlərdən Azərbaycanda multikulturalizm və dinlərarası dialoqun dəyərlərinin olduğunu sübut edir. “Azərbaycan multikulturalizmi” dərsliyi gənc nəsil üçün mühüm rola malikdir və çoxmədəniyyətli dəyərlərin təşviqində qiymətli mənbədir.
Teyz yazır ki, Azərbaycan multikulturalizm ideyasını irəli sürdüyü vaxtda, Ermənistan hələ də suveren Azərbaycanın ərazilərinin 20 faizini, o cümlədən Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayonu işğal altında saxlamaqda davam edir. Təkcə 2018-ci ilin fevral ayında Ermənistan silahlı qüvvələri Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejimini müxtəlif istiqamətlərdə 3443 dəfə pozublar. Erməni qoşunları iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə edərək, Azərbaycan Ordusunun mövqelərinə atəş açırlar. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkünə çevrilib.
Məqalənin sonunda bildirilir ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 nömrəli qətnamələrinə, həmçinin BMT, AŞPA, ATƏT və İƏT Baş Assambleyalarının Ermənistanı qeyd-şərtsiz olaraq təcavüz etdiyi ölkədən qoşunlarını çıxarmağa səsləyən qətnamələrinə baxmayaraq, Ermənistan hələ də beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqda davam edir.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16

