Ərzurumda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans keçirilib
10.03.2018 [00:58]
Türkiyənin Ərzurum şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və Ərzurum bölgəsinin erməni işğalından azad olunmasının 100-cü ildönümləri münasibətilə konfrans keçirilib. Konfransdan əvvəl Azərbaycan və Türkiyədən olan yürüşçülər Ərzurumun mərkəzi prospekti ilə nümayiş keçiriblər. Yürüşçülərin əllərində Azərbaycan və Türkiyənin dövlət bayraqları, xalqlarımızın və ölkələrimizin dostluq və qardaşlığını tərənnüm edən şüarlar dalğalandırılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ankaradakı səfirliyinin, Ərzurum Böyükşəhər Bələdiyyəsinin, Türkiyə Dil və Ədəbiyyat Dərnəyi Ərzurum şöbəsinin (TDƏD) və “Eko Avrasiya” Dərnəyinin birgə təşkilatçılığı ilə “Yüzümüz özümüz bir!” devizi altında keçirilən mərasim Azərbaycan və Türkiyənin dövlət himlərinin səsləndirilməsi ilə başlanıb. Sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Ərzurum Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Səkmən, Ərzurum valisi Seyfeddin Azizoğlu, Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, Ankaradakı səfirliyimizin müşaviri Ramil Qurbanov, Azərbaycan və Türkiyədən olan deputatlar Qənirə Paşayeva və İbrahim Aydəmir, TDED Ərzurum şöbəsinin sədri Murad Ertaş, “Eko Avrasiya” Dərnəyinin sədri Hikmet Eren və başqalarının çıxışları olub.
Mərasimdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, keçdiyi ağır və şərəfli yol, o cümlədən süqutu və onun acı nəticələri, eləcə də 1918-ci ildə erməni işğalından azad edilənə qədər erməni silahlılarının Ərzurum bölgəsində dinc əhaliyə divan tutması barədə müfəssəl məlumat verilib. Çıxışçılar diqqətə çatdırıblar ki, XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan və Türkiyə ərazisində baş verən bütün qanlı hadisələrdə erməni cəlladları fəal iştirak ediblər.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması yüksək qiymətləndirilib. Vurğulanıb ki, bu qərar Azərbaycan xalqının dövlətçilik tarixinin dünyada tanınmasına və təbliğinə böyük stimuldur.
Mərasim martın 10-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53

