/ / Ziyafət Əsgərov: Son 15 ildə qazandığımız nailiyyətlər Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə bağlıdır
Ziyafət Əsgərov: Son 15 ildə qazandığımız nailiyyətlər Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə bağlıdır
21.04.2018 [10:11]
Aprelin 18-də Prezident İlham Əliyevin andiçmə mərasimində söylədiyi proqram xarakterli nitq son 15 ilin yekunu və gələcəyə yönəlmiş bir “yol xəritəsi” idi.
Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Ziyafət Əsgərov bildirib ki, bu gün Azərbaycan inkişafın ən yüksək səviyyəsindədir. İrimiqyaslı layihələrin reallaşdırılması istiqamətində böyük tədbirlər həyata keçirilir. Azərbaycanın son 15 il ərzində həyata keçirdiyi layihələr, neft-qaz sənayesində əldə olunan uğurlar, iqtisadiyyatın şaxələndirilməsi, aparılan islahatlar, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri və sair - bütün bunlar inkişafdan xəbər verir. Dövlətimizin başçısı nitqində Azərbaycanın kosmik qrupa daxil olan ölkə olduğunu xüsusi vurğuladı.
Milli Məclis sədrinin birinci müavini qeyd edib ki, ötən illər ərzində Azərbaycan beynəlxalq münasibətlər sahəsində də böyük nailiyyətlər qazanıb. Azərbaycan 155 dövlətin dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvü seçilib. Bu, o deməkdir ki, Azərbaycan bu gün regionun ən nüfuzlu dövlətlərindən biridir. Azərbaycan bu gün, sözün həqiqi mənasında, öz təhlükəsizliyini yüksək səviyyədə qoruyan, müdafiəsini təmin edən bir dövlətdir. 2016-cı ilin Aprel hadisələri onu göstərdi ki, Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı istənilən an azad etməyə qadirdir. Bu gün ölkəmiz inkişafın çox yüksək mərhələsindədir, regionda Azərbaycansız qlobal məsələlərin həlli demək olar ki, mümkün deyil.
Ziyafət Əsgərov bildirib ki, Prezident İlham Əliyev nitqində gələcəkdə görüləcək işlər haqqında da ətraflı danışdı və “yol xəritəsi”ni müəyyən etdi. Sözsüz ki, irəlidə Azərbaycanın görəcəyi işlər var. İlk növbədə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsi bizim qarşımızda duran ən əsas amildir. Bununla bağlı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar çox təəssüf ki, bu günə qədər hələ də yerinə yetirilməyib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, çox təəssüf ki, bir sıra hallarda beynəlxalq hüquq işləmir. Belə çıxır ki, beynəlxalq hüquq güc hüququdur. Yəni, kimin gücü varsa, o da haqlıdır və kimin gücü varsa, o nə istəyirsə edir. Əgər dünya güc ilə idarə olunacaqsa, onda beynəlxalq hüquq nəyə lazımdır? Beynəlxalq hüququn normaları kimə lazımdır? BMT-nin Nizamnaməsi kimə lazımdır? Amma bu reallıqla barışmaq lazımdır. Reallıq gücdür. Ona görə də dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan gündən-günə gücünü daha da artırmalıdır. Çox təəssüf ki, dünyada beynəlxalq hüquqdan çox gücə hörmət edirlər. Buna görə biz daha da güclü olmalıyıq.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

