/ / Azərbaycanda söz, fikir və mətbuat azadlığının formalaşması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Azərbaycanda söz, fikir və mətbuat azadlığının formalaşması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
08.05.2018 [11:42]
Mayın 7-də Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar “Heydər Əliyev siyasəti: hüququ dövlət quruculuğunda media təminatı” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycanın ictimai-siyasi həyatında əldə edilən nailiyyətlərdən, ölkənin daxili inkişafı, beynəlxalq aləmdə imicinin formalaşması istiqamətində görülən işlərdən, Azərbaycanın hüquqi dövlətə çevrilməsi yönündə həyata keçirilən islahatlardan danışıb.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik mətbuatın formalaşması istiqamətində görülən mühüm işlərdən bəhs edib.
Vüqar Əliyev qeyd edib ki, Ümummilli lider hakimiyyətdə olduğu bütün dövrlərdə söz və məlumat azadlığının, medianın inkişafına xüsusi diqqət göstərib. Azərbaycan SSR-in 1978-ci ildə qəbul edilmiş Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması istər ədəbi sahədə, istərsə də mətbuat sahəsində yeni canlanma yaratdı, Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin ana dilimizdə yayımı genişləndirildi. Heydər Əliyev Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması üçün əhəmiyyətli addımlar atıb. Bundan başqa, 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında söz, fikir və məlumat azadlığı, hər kəsin sərbəst şəkildə məlumat əldə etmək və yaymaq hüququ, KİV üzərində senzuranın yolverilməzliyi təsbit edilib. 1998-ci ildə KİV-lərdə dövlət sirlərini mühafizə edən baş idarə ləğv olunub. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında”, sonrakı illərdə isə medianın fəaliyyətini tənzimləyən digər çoxsaylı demokratik qanunlar qəbul edilib. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olunub və dövlətin mətbuat üzərində nəzarət funksiyası aradan qaldırılıb. 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında postsovet məkanında ilk dəfə ölkəmizdə Mətbuat Şurası yaradılıb. 2002-ci ildə Sahibkarlığa Kömək Milli Fondundan KİV sahəsində layihələrin maliyyələşdirilməsi üçün 600 min manat vəsait ayrılıb. 2003-cü ildə qəzetlərin “Azərbaycan” nəşriyyatına borcları 3 il müddətinə dondurulub, 2006-cı ilin martında isə onların 450 min ABŞ dolları həcmində borcunun dövlət büdcəsi hesabına ödənilməsi qərara alınıb.
Vurğulanıb ki, Ulu öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, mətbuata dəstək məqsədilə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun xətti ilə media layihələrinə 40 milyon manata yaxın vəsait ayrılıb. 2013-cü ildə 156 jurnalistin, 2017-ci ildə isə 255 jurnalistin Prezident İlham Əliyev tərəfindən yeni mənzillərlə mükafatlandırılması dövlətin mediaya verdiyi qiymətin bariz nümunəsidir. “Bu gün birmənalı şəkildə demək olar ki, Azərbaycanda müstəqil demokratik mətbuatı məhz Ümummilli lider Heydər Əliyev formalaşdırıb”, - deyə Prezident Administrasiyasının rəsmisi vurğulayıb.
Tədbirdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin deputatı Aqil Abbas, “Səs” Media Holdinqin rəhbəri Bəhruz Quliyev və başqaları Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında xalqımızın Ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıblar. Vurğulanıb ki, Azərbaycanda söz, fikir və mətbuat azadlığının formalaşması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin bütün sahələrdə olduğu kimi, bu sahədə də siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

