Qloballaşan dünyada yeni Türk Birliyi
01.10.2009 [11:04]
Bu günlərdə Bakıda yeni bir beynəlxalq təşkilatın təməli qoyuldu. Türkdilli ölkələrin Parlament Assambleyası (TöPA) adlanan bu qurumun yaradılması böyük Türk dünyasının inteqrasiyasını sürətləndirmək, kökü, soyu, əsli bir olan xalqların birliyini təşkil etmək, uzun illər imperiya əsarətində qalaraq bir-birinə yadlaşan bu qardaş dövlətləri yenidən bir amal uğrunda birləşdirməkdən ibarətdir.
Bu qurumun yaranması istiqamətində bir neçə ildir ki, gərgin fəaliyyət aparılır. Hələ 2007-ci ilin noyabrında Bakıda keçirilən Türk Dövlət və Cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq Qurultayında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, artıq Türk dövlətlərinin bir-birlərinə yaxınlaşması vacib bir məsələdir: “Bütün türk dünyası birləşməyə doğru daha da sürətlə gedir. Buna çox böyük ehtiyac var”.
Hər bir türkün arzusu olan bu birlik sonunda bərqərar oldu. Bakıda reallaşan Türkdilli ölkələrin Parlament Assambleyasının birinci sammiti qurumun gələcək fəaliyyət istiqamətini müəyyənləşdirməklə yanaşı, onun prinsip və prioritetlərini də müəyyənləşdirdi. Qəbul olunan Bakı Bəyannaməsi bütünlüklə demokratik prinsipləri özündə əks etdirir. Yaranan birlik demokratik prinsiplərin üzərində bərqərar olub və gələcəkdə də yalnız demokratik inkişafı, inteqrasiyanı hədəfləyir. Bəyannamədə bildirilir ki, Türkdilli ölkələrin Parlament Assambleyası iştirakçılarının parlamentlərinin öz ölkələrinin həyatında oynadığı önəmli rolun dövlətlərin demokratik inkişafının ən vacib şərtlərindən biri olduğuna əsaslanaraq, eləcə də, iştirakçı ölkələrin parlamentlərarası əməkdaşlığının yüksək səviyyədə olmasını və tarix, dil, mədəniyyət eyniliyini vurğulayaraq, qurumun müstəqillik, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, hüquqi bərabərlik, bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək, güc tətbiqindən, iqtisadi və digər təzyiq metodlarında imtina əsasında dövlətlərin siyasi və iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsi prinsiplərinə əməl olunmasına töhfə verməsini, təbii ehtiyatlardan tam və məhsuldar istifadə etməklə xalqların rifah halının yüksəldilməsi və milli iqtisadiyyatın dinamik inkişafını arzulayaraq bəyan edir: “Bundan başqa, Türkdilli ölkələrin Parlament Assambleyası çərçivəsində əməkdaşlıq dövlətlərimizin siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığının dərinləşdirilməsi, xalqlarımızın daha da yaxınlaşdırılması yolunda önəmli vasitədir. Parlament Assambleyasının fəaliyyəti qardaş xalqlarımızın inkişafı naminə iştirakçı dövlətlərin tarix, dil, mədəniyyət birliyindən irəli gələn imkanlardan istifadə etməyə əsaslanır. Assambleya dövlətlərimizin bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığına yeni impuls verəcək. Assambleya parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni olan pilləsi - parlament diplomatiyasının köməyi ilə dövlətlər arasındakı siyasi dialoqun daha da inkişafına töhfə vermək, regional və qlobal təhlükəsizliyin qorunması məqsədi güdən müxtəlif təşəbbüslərin işlənməsi və həyata keçirilməsinə əlverişli siyasi mühit yaratmaq niyyətindədir”.
Həqiqətən də, Türkdilli ölkələrin Parlament Assambleyasının yaradılması və fəaliyyətə başlaması türk xalqlarının tarixində mühüm hadisə sayılmalıdır. Digər tərəfdən, nəzərə alsaq ki, bu gün müasir dünyada parlament diplomatiyasının əhəmiyyəti günü-gündən artır və yeni birliyin ortaya qoyacağı əməkdaşlıq bu mənada olduqca mühüm xarakter daşıya bilər.
Sirr deyil ki, bu gün türk ölkələrinin bəzilərində bu və ya digər şəkildə müəyyən problemlər yaşanır. Buraya işğala məruz qalma faktı, iqtisadi gərginlik, o cümlədən, ölkədəki qeyri-sabitlik daxildir. Məhz bu istiqamətdə problemlərin aradan qaldırılması, türk dünyasında sülhə nail olmaq, sabitliyi bərqərar etmək üçün TöPA bütün gücünü ortaya qoymağı planlaşdırır. Bundan başqa, Assambleya parlamentlərarası ünsiyyətin demokratik forumu kimi təşəkkül tapacaq. Bu gün dünyanın əsas diqqət mərkəzində olan karbohidrogen ötürücüləri, qlobal layihələri məhz türk ölkələrinin sərhədlərindən keçir, bu dövlətlərin dünya üçün əhəmiyyəti ortadadır. O baxımdan TöPA həm yerləşdiyi bölgədə, həm də ümumilikdə dünyada sülhün və inkişafın hakim olmasını istəyir. Bu gün quruma üzv olan dövlətlərin böyük təcrübəyə, bundan başqa, ortaq mədəni irsə, dinə, dilə malik olduğunu göz önünə gətirdiyimiz zaman bu təşkilatın gələcək perspektivinin necə böyük ola biləcəyinə şübhə yeri qalmır. Təşkilatın birinci sammitində qeyd edildiyi kimi, TöPA-ya üzv olan ölkələrin qarşılıqlı ticarət və iqtisadi əlaqələrinin genişləndirilməsi fəaliyyət istiqamətinin ən mühüm tərəfi olacaq. Türk ölkələrinin çoxsahəli ticarət, iqtisadi və investisiya əməkdaşlığını artırmaq üçün mövcud olan potensialından geniş istifadə edilə bilər.
Bəli, bu gün yeni bir türk birliyi yaranır və bu birlik dünyanın türk dövlətlərini öz ətrafında toplayacaq. Nəzərə alsaq ki, bu Assambleyanın yaranması digər təşkilatların və birliklərin də formalaşmasına təkan verəcək, o zaman atılan addımın tarixi əhəmiyyəti bəlli olur.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

