AŞPA-nın qərarı Azərbaycana qarşı “qara piar” kampaniyasının tərkib hissəsidir
19.05.2018 [09:02]
Ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmaq məqsədinə xidmət edən bu qərar ikili standartlar və selektiv yanaşma nümunəsidir
Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib. Həyata keçirilən davamlı islahatlar sayəsində ölkəmizdə bütün sahələrin paralel inkişafı təmin edilib. Praqmatik siyasi kurs sayəsində əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunub. Bununla yanaşı, Azərbaycan dünyaya spesifik xüsusiyyətlərə malik davamlı inkişaf modeli təqdim edib. Əlamətdar haldır ki, Azərbaycanda iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılır və bir-birini tamamlayır. Bu gün əminliklə demək mümkündür ki, Azərbaycan qısa müddətdə həm iqtisadi, həm də siyasi sahədə qarşıya qoyduğu əsas hədəflərə çatıb.
Şübhəsiz ki, Azərbaycanın uğurlu inkişafı, beynəlxalq nüfuzunun artması və digər müsbət reallıqlar anti-Azərbaycan dairələr tərəfindən narahatlıqla qarşılanır. Həmin dairələr bu kontekstdə öz məhdud maraqları naminə ölkəmizin daxili və xarici siyasət kursuna müdaxilə etməyə, bunun üçün də ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışır, “qara piar” kampaniyası aparırlar. Məhz Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu qurumun bəzi üzvlərinə, o cümlədən Azərbaycan nümayəndə heyətinin rəhbərinə qarşı sanksiyalar tətbiq etməsi ilə bağlı qərarı da bu məqsədə xidmət edir.
Əlbəttə, AŞPA-nın məlum qərarı həm də Azərbaycanın müstəqil siyasət həyata keçirməsi - milli məsələlərlə bağlı qətiyyətli mövqe nümayiş etdirməsi, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə əlaqədar prinsipial mövqeyindən bir addım belə geri çəkilməməsi ilə bağlıdır. Məlumdur ki, Azərbaycan öz xarici siyasət kursunda bir nömrəli məsələ olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsində qətiyyətli mövqe nümayiş etdirir və bu, bəzi dairələr tərəfindən qısqanclıqla qarşılanır. Bu qüvvələr Azərbaycanın qeyd-şərtsiz ərazi bütövlüyünün təmin olunması məsələsində prinsipial mövqeyindən geri çəkilməsinə nail olmaq istəyirlər. Buna görə də Azərbaycanla bağlı neqativ ictimai rəy formalaşdırmaq üçün “qara piar” kampaniyası aparırlar. Lakin reallıq budur ki, Azərbaycana qarşı bu cür cəhdlər hər zaman iflasla nəticələnir.
Konkret olaraq AŞPA-nın məlum qərarına gəlincə, bu, ikili standartlar və selektiv yanaşma nümunəsi olmaqla yanaşı, həm də subyektiv mülahizələrə söykənən və siyasi məqsədlərə xidmət edən qərəzli addımdır. Əlbəttə, hər hansı bir təsirə malik olmayan, Azərbaycana qarşı təzyiq və “qara piar” kampaniyasının tərkib hissəsi olan bu qərarın aqibəti - nəticəsi fiaskodur. Çünki yüksək beynəlxalq nüfuza və dayanıqlı inkişafa malik olan Azərbaycan öz prinsipial mövqeyindən və müstəqil siyasətindən geri çəkilmək niyyətində deyil. Bu cür vasitələrlə ölkəmizdə ictimai rəyə təsir etmək və Azərbaycanın pozitiv beynəlxalq imicinə kölgə salmaq mümkün deyil.
N.QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

