Sounton Sayaçak: Laos Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlıdır
22.05.2018 [09:32]
Mayın 21-də Milli Məclisin vitse-spikeri Bahar Muradova Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin (XİP MK) xarici əlaqələr komitəsinin sədri xanım Sounton Sayaçakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə AZƏRTAC-a parlamentin mətbuat xidmətindən məlumat verilib.
Milli Məclis sədrinin müavini ölkəmizdə səfərdə olan Laos nümayəndə heyətinə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyada maraqlı olduğunu, Avropa ilə əməkdaşlığa ciddi əhəmiyyət verildiyi kimi, Asiya ölkələri ilə də əməkdaşlığın genişlənməsinə maraq göstərdiyini qeyd edib. O cümlədən Hind-Çin yarımadası ölkələri ilə siyasi, iqtisadi, ticarət və mədəni əlaqələr qurmağa hazır olduğumuzu bildirib. Xatırladıb ki, hələ sovet dövründə təhsil sahəsində əlaqələrimiz var idi, Laos gəncləri ali təhsil almaq üçün Azərbaycana gəlirdilər.
Vitse-spiker Yeni Azərbaycan Partiyası (YAP) ilə Laos Xalq İnqilabı Partiyası arasında əməkdaşlığa dair Memorandumun imzalanmasını yüksək dəyərləndirib. O, Azərbaycan-Laos əlaqələrinin genişləndirilməsi baxımından hər iki ölkənin parlamentində dostluq qruplarının yaradılmasını vacib sayıb.
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan parlamentinin 100 illik tarixindən və yubileyindən söz açan Bahar Muradova Milli Məclisin tərkibi və strukturu barədə məlumat verib. Bildirib ki, parlamentdə 12 siyasi partiyanın nümayəndəsi var. Çoxluq YAP-a məxsusdur. 39 nəfər bitərəf deputatdır. Parlamentdə 15 komitə, 2 komissiya fəaliyyət göstərir.
Görüşdə nümayəndə heyətinin başçısı Sounton Sayaçak Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan parlamentinin 100 illik yubileyi, həmçinin bu yaxınlarda keçirilmiş prezident seçkilərinin uğurla nəticələnməsi münasibətilə təbriklərini çatdırıb. O, təmsil etdikləri qurum barədə ətraflı məlumat verib. Bildirib ki, vaxtilə Bakıda təhsil almış laoslular Laos-Azərbaycan Dostluq Cəmiyyəti yaradırlar. Həmin cəmiyyət də münasibətlərimizin inkişafına öz töhfəsini verəcək. Qeyd edib ki, ölkəmizdən ayrıldıqları illər ərzində Bakı çox dəyişib və daha da gözəlləşib. Laos və XİP MK Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlıdır. Xanım Sounton Sayaçak Milli Məclisin deputatlarını ölkəsinə dəvət edib.
Söhbət zamanı ikitərəfli əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, hazırkı səfər sıx əlaqələrin qurulmasına xidmət edir, qarşılıqlı səfərlərin intensivləşməsi faydalı olar.
Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

