Aqil Camal: Azərbaycan Xalq Cümhuriyyəti bütövlükdə Türk-İslam dünyasının dəyəridir
25.05.2018 [09:32]
Mayın 24-də “Ortaq Dəyərlər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi layihə çərçivəsində “Azərbaycan Xalq Cümhuriyyəti: Türk ölkələrinin dövlət quruculuğu tarixində müasir model” adlı konfrans təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib ki, müsəlman Şərqində və Türk dünyasında yaranan ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti (AXC) özündən sonra bu coğrafiyada yaranan dövlətlər üçün bir model olub: “Xalq Cümhuriyyəti 23 ay yaşadı. Ancaq ondan 5 il sonra Osmanlı İmperatorluğu üzərində bərqərar olan Türkiyə, Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini bərpa edən türk ölkələri hər biri cümhuriyyət-respublika dövlət quruluşunu seçdilər. Bu mənada, AXC təkcə Azərbaycan xalqının deyil, bütövlükdə Türk-İslam dünyasının dəyəridir və AXC-nin yubileyi beynəlxalq əhəmiyyət daşıyır”.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının bölmə rəhbəri, Demokratik Azərbaycan Naminə İctimai Birliyin sədri Elməddin Behbud çıxışında qeyd edib ki, 1918-ci ildə yaranan AXC Azərbaycan xalqının həmin dövrdə olum, ya ölüm məsələsi idi: “Cümhuriyyətin yaranması və Azərbaycanın sərhədləri daxilində onun fəaliyyətinin bərqərar olması o dövrdə Azərbaycan xalqını həm soyqırımından xilas etdi, həm də bugünkü dövlətçiliyimiz üçün baza rolunu oynadı”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu beş min illik dövlətçilik tarixi olan Azərbaycan xalqının 1918-ci ildə qurduğu Xalq Cümhuriyyətinin əvvəlki dövlətlərdən fərqləndirən xüsusiyyətləri haqqında danışıb. Natiq qeyd edib ki, AXC-nin beynəlxalq hüququn subyektinə çevrilməsi bizi sonrakı təhlükələrdən qoruyub: “Əgər AXC tanınmasaydı, sovetlər dövründə bizi ayrıca milli subyekt kimi tanımayacaqdılar. Sovetlər dağılarkən isə biz də Rusiyanın tərkibində yalnız muxtar respublika kimi qalacaqdıq”.
Digər məruzəçi - Giresun Universitetinin beynəlxalq münasibətlər departamentinin üzvü, dossent Yalçın Sarıkaya bildirib ki, AXC-nin siyasi-mənəvi irsi həm Türkiyədə, həm də digər türk dövlətlərində bir örnək kimi öyrənilməlidir.
Konfransda çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral AXC-nin yaranmasını ümumtürk tarixinin şərəf səhifəsi kimi qiymətləndirərək deyib: “O zaman AXC-nin bütün Azərbaycan ərazisində öz hakimiyyətini qurması, Bakının işğaldan azad edilərək paytaxt elan olunması üçün gələn Qafqaz İslam Ordusunun missiyasının təməlində qardaşlıq dəyərləri dayanırdı. AXC süqut edəndən 3 il sonra Türkiyədə cümhuriyyət quruculuğu dövründə buradan getmiş dövlət xadimləri, ideoloqlar bu prosesdə yaxından iştirak etmişlər. 100 il əvvəl olduğu kimi, 25 il əvvəl olduğu kimi, bundan sonra da hər zaman Türkiyə Azərbaycanla çiyin-çiyinə olacaqdır”.
Şimali Kiprin Bakıdakı təmsilçisi Ufuk Arca Turganer Azərbaycan xalqının tarixdə və bu gün qazandığı uğurları öz uğurları kimi hiss etdiklərini söyləyib və bildirib ki, hazırda güclənən Azərbaycan kipr türkləri üçün bir qürur mənbəyidir.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov AXC-dən danışarkən qəhrəman Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasının xüsusi vurğulanmalı olduğunu bildirib: “Bu gün bu missiya kimlər üçünsə adi görünə bilər. Bəzən hansısa qüvvələr bu ordunun tarixi missiyasının əhəmiyyətini azaltmağa cəhd edirlər. Amma bu birmənalıdır ki, Qafqaz İslam Ordusu gəlməsəydi, nə o zamankı, nə də indiki Azərbaycan olmayacaqdı”.
Beynəlxalq Diaspor Mərkəzinin aparat rəhbəri Samir Adıgözəlli də Qafqaz İslam Ordusunun tarixi missiyasına kölgə salmaq istəyənlərə Azərbaycan Prezidentinin beynəlxalq tribunadan səsləndirdiyi “Türkiyə burada yoxdur, mən buradayam” mesajının tutarlı cavab olduğunu vurğulayıb.
Tarixçi Faiq Ələkbərli AXC-nin ərazisinin əhatə etdiyi xəritə haqqında danışaraq qeyd edib ki, Azərbaycan xalqının və dövlətinin qarşısında dayanan ən ümdə vəzifə tarixi torpaqlarımızın bütövlüyünə nail olmaqdır.
Xəbər lenti
Hamısına baxDünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30

