Vüqar Rəhimzadə: Yoxsa Rusiya XİN Paşinyandan çəkinir?
05.06.2018 [09:54]
“Biz zaman-zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun faəliyyətində, eyni zamanda, həmsədr ölkələrin münaqişəyə münasibətində bu cür qərəzli halların şahidi olmuşuq. Təbii ki, bu, yolverilməzdir. Çünki Minsk qrupu münaqişənin həllində vasitəçilik etməlidir, hansısa tərəfin, xüsusilə də işğalçının maraqlarını qorumamalıdır, onun tərəfini saxlamamalıdır. Təəssüf ki, bu cür ədalətsizliklər, biganə münasibət münaqişənin həllini uzadır, konkret nəticələrin əldə olunmamasına gətirib çıxarır”.
Trend-in məlumatına görə, bunu Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat və informasiya departamentinin direktor müavini Artyom Kojinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ona ünvanlanmış suala cavabının sonradan təhrif edilməsini şərh edərkən bildirib.
V.Rəhimzadə qeyd edib ki, Rusiya XİN rəsmisinin azərbaycanlı jurnalistin sualına verdiyi cavabın sonradan nazirliyin saytında “redaktə” edilməsi təəssüf doğurur: “Təəssüf ki, Rusiya Xarici İşlər Nazirliyi Artyom Kojinin “Paşinyanın qeyri-konstruktiv və ATƏT-in düzdüyü relslərə uyğun gəlməyən bəyanat verməsi” barədə fikirlərini dəyişib, Azərbaycan jurnalistini isə qınaq obyektinə çevirib. Görəsən, bunun səbəbi nədir? Yoxsa Rusiya XİN Paşinyandan çəkinir? Bəlkə bu bəyanatın arxasında başqa qaranlıq məqamlar var? Hər bir halda Artyom Kojinin verdiyi bəyanatın arxasında dayanmaması, məsələnin ermənilərə xoş gələcək tərzdə təqdim edilməsi ədalətsizlikdir. Biz zaman-zaman Rusiya XİN-in ölkəmizə qarşı bu cür qərəzli münasibətlərinin şahidi oluruq və öz etirazımızı bildiririk. Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə daha diqqətli və həssas olmalı, ədalət prinsipini gözləməli, ikili standartlara yol verməməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40

