Dünyanın nüfuzlu nəşrlərindən olan “China Daily” qəzeti AZƏRTAC ilə əməkdaşlıqda maraqlıdır
05.06.2018 [09:55]
AZƏRTAC ilə Çinin ingilis dilində nəşr olunan nüfuzlu gündəlik “China Daily” qəzeti əməkdaşlığı genişləndirəcək. Bu barədə razılıq Şanxay Əməkdaşlıq Təşkilatının birinci Media Sammitində iştirak etmək üçün Pekində səfərdə olan AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun “China Daily” qəzetinin rəhbərliyi ilə görüşündə əldə edilib.
“China Daily”nin nəşrə başlamasının 37-ci ildönümünə təsadüf edən görüşdə baş redaktorun müavini Van Xao qəzetin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, ümumilikdə 100 milyondan çox çap və onlayn abunəçisi olan “China Daily” təkcə Çində deyil, regionda, eləcə də dünyada ingilis dilində çıxan ən nüfuzlu qəzetlərdən biridir. Ümumi tirajı bir milyon nüsxə olan qəzet Çində internet səhifəsi açılan ilk kütləvi informasiya vasitəsidir. Qəzetin xarici ölkələrdəki oxucularının sayı yerli oxuculardan daha çoxdur. Bu da qəzetin qlobal səviyyəli nəşr olduğunun göstəricisidir.
Azərbaycan ilə Çin arasında münasibətlərin son illərdə müxtəlif sahələrdə dinamik inkişaf etdiyini bildirən AZƏRTAC-ın İdarə Heyətinin sədri ölkələrimizin kütləvi informasiya vasitələri arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətinə toxunub. O, AZƏRTAC-ın Çinin Sinxua agentliyi ilə yaxşı əlaqələrinin olduğunu, gələcəkdə Çinin digər KİV-ləri, o cümlədən “China Daily” qəzeti ilə əməkdaşlığın yaradılması və inkişafının hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib.
Diqqətə çatdırılıb ki, bu günlərdə yaradılmasının 100-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan AZƏRTAC hazırda respublikanın aparıcı informasiya agentliyi, yerli və xarici KİV-lər üçün rəsmi informasiyanın yeganə mənbəyidir. Son illər dünya informasiya məkanında fəallıq göstərən AZƏRTAC hazırda Dünya Xəbər Agentlikləri Konqresinə və Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA-ya) rəhbərlik edir.
İdarə Heyətinin sədri AZƏRTAC-ın 7 dildə, o cümlədən Çin dilində xəbərlər yaydığını, bu xəbərlərin hazırlanmasında və əməkdaşlara Çin dilinin tədrisində Bakıdakı Konfutsi İnstitutu ilə sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb.
Görüşdə AZƏRTAC ilə “China Daily” arasında əməkdaşlığın təməli kimi mütəmadi xəbər mübadiləsi aparılmasının əhəmiyyəti vurğulanıb, növbəti mərhələdə birgə layihələrin icrası, təcrübə mübadiləsi, internet səhifələrində qarşılıqlı olaraq banerlərin yerləşdirilməsi və s. barədə razılıq əldə olunub.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov “China Daily” qəzetinin redaksiyasını gəzib, nəşrin ayrı-ayrı redaksiyalarının, o cümlədən dizayn, fotoinformasiya bölmələrinin fəaliyyəti ilə tanış olub.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40

