/ / Elman Nəsirov: Prezident İlham Əliyev həm Ermənistanın yeni rəhbərliyinə, həm də Minsk qrupuna ciddi mesajlar verdi
Elman Nəsirov: Prezident İlham Əliyev həm Ermənistanın yeni rəhbərliyinə, həm də Minsk qrupuna ciddi mesajlar verdi
08.06.2018 [09:01]
Prezident İlham Əliyev həm Ermənistanın yeni rəhbərliyinə, həm də ATƏT-in Minsk qrupuna ciddi mesajlar verdi. Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, Prezident İlham Əliyev hər zaman olduğu kimi, müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində çıxışında da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayırdı: “Ümumiyyətlə, Ermənistanda müşahidə olunan bugünkü proseslər Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimdə baş verən hadisələrin məntiqi davamıdır. Bütün bunlar proqnozlaşdırılan idi və dövlətimizin başçısının da qeyd etdiyi kimi, erməni xalqına 20 il ərzində ancaq öz maraqlarını güdən kriminal xunta rejimi rəhbərlik edib. Bu rejimin yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində Ermənistan bu acınacaqlı vəziyyətə düşüb. Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan ölkəni tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Bütün bunları Prezident İlham Əliyev dəfələrlə deyib. İndi isə bu həqiqəti erməni xalqı da təsdiq edir”.
Millət vəkili deyib ki, artıq bu reallıqları müxtəlif erməni politoloqları və KİV-ləri də qeyd edirlər: “Ermənistan nə qədər ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır, onun heç bir perspektivi yoxdur. Əgər Ermənistanın yeni hakimiyyəti köhnə hakimiyyətin buraxdığı səhvlərdən nəticə çıxarmasa, Ermənistanın düşdüyü bu ağır vəziyyətin əsas səbəbinin məhz işğal faktoru olduğunu dərk etməsə, Ermənistanın heç bir gələcəyi yoxdur və Ermənistan tərəfi bilməlidir ki, münaqişə yalnız və yalnız ərazi bütövlüyü prinsipi çərçivəsində həllini tapmalıdır”.
E.Nəsirov qeyd edib ki, Prezident İlham Əliyev bu çıxışı ilə həm Ermənistana, həm də bu münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupuna ciddi mesajlar verdi: “Minsk qrupunun həmsədrləri iyun ayında Ermənistana səfər edəcəklər. Azərbaycan Prezidenti həm də onlara danışıqların hansı əsasda aparılmalı olduğu barədə birbaşa mesaj ünvanladı. Yəni Ermənistanda yeni hakimiyyətin formalaşması heç bir halda Azərbaycanın mövqeyində dəyişikliyə gətirməyib, Azərbaycan üçün yalnız və yalnız ərazi bütövlüyü əsas prinsipdir və bundan kənarda heç bir müzakirə ola bilməz”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53

