Ermənistan mətbuatı Naxçıvandakı məğlubiyyəti etiraf edir
28.06.2018 [09:46]
Yaxud Azərbaycan Ordusunun uğurlu əməliyyatı Paşinyan hökumətini çətin duruma salıb
Məlum olduğu kimi Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı, o cümlədən bir çox strateji yüksəkliklər keçən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi. 2016-cı ilin Aprel zəfərindən sonra Azərbaycan Ordusunun növbəti qələbəsi kimi tarixə düşən Naxçıvan əməliyyatı bir daha sübut etdi ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır. Bu, eyni zamanda, düşmən tərəfin - işgalçı Ermənistan ordusunun acınacaqlı durumunu növbəti dəfə ortaya çıxardı. Məhz bu səbəbdəndir ki, Paşinyan hökuməti ilk günlər Azərbaycan Ordusunun uğurlu Naxçıvan əməliyyatı, bu əməliyyat nəticəsində 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal edilmiş 11 min hektar ərazinin geri qaytarılması barədə məlumatları erməni cəmiyyətindən gizli saxlamağa, yaxud bununla bağlı yanlış məlumatları dövriyyəyə buraxmağa cəhd etdi.
Amma görünən odur ki, Ermənistan rəsmilərinin bütün bu cəhdləri nəticəsiz tamamlanıb. Belə ki, artıq Ermənistan mətbuatı Azərbaycan Ordusunun uğurlu Naxçıvan əməliyyatı barədə əsl həqiqətləri yazır, Şərur rayonunun 1992-ci ildə işğal edilən Günnüt kəndinin azad edilməsini 2016-cı ilin Aprel döyüşləri ilə müqayisə edir.
Daha dəqiq desək, həmin əməliyyatları təhlil edən erməni jurnalistləri vaxt keçdikcə həqiqətlərin ortaya çıxdığını yazırlar. Erməni KİV-in bununla bağlı məlumatlarında həmin günlərdə Ermənistan Müdafiə Nazirliyinin yeni rəhbərliyi tərəfindən bu hadisələrə rəsmi reaksiya verilmədiyi və keçmiş nazirlərdən “miras qalan” mətbuat xidmətinin rəhbəri A.Hovannisyanın gah “Günnüt sakinlərinin qəbir ziyarəti”, gah da “Azərbaycan Silahlı Qüvvələrinin öz ərazisində yerdəyişməsi” kimi açıqlamalarla vəziyyətdən çıxmağa çalışdığı da xatırladılır. Mətbuatın məsələyə daha çox diqqət artırmasının əsas səbəbi isə Ermənistanın yeni müdafiə nazirinin hesabatlarının dolayısı ilə faktın etirafını özündə əks etdirməsi olub.
Beləliklə, birbaşa regiondakı yerli mənbələrdən alınan məlumatlardan istifadə edən Ermənistanın bəzi informasiya saytları Azərbaycan Ordusunun, həqiqətən də, Naxçıvan Muxtar Respublikası istiqamətində əlverişli mövqeləri ələ keçirdiyini yazır. İşğalçı ölkənin media orqanları eyni zamanda Ermənistan vətəndaşlarının informasiya əldə etmək hüququnun pozulduğunu yazır və yeni rəhbərliyi Azərbaycan Ordusunun Naxçıvan əməliyyatı barədə həqiqəti erməni cəmiyyətindən gizlətməkdə ittiham edir. Bununla yanaşı, saytlar yazır ki, Azərbaycan tərəfi Naxçıvan istiqamətinə daha çox diqqət yetirir və sərhəd xəttinə 20.000 nəfərə qədər canlı qüvvəyə malik qoşunlarını, yüzlərlə zirehli nəqliyyat vasitələrini, hava hücumundan müdafiə sistemləri və raketlərini, uzaqvuran artilleriyasını, 90 km və ya daha çox məsafədə hədəfləri vurma qabiliyyətinə malik sistemlərini burada yerləşdirir. Erməniləri daha çox narahat edən isə əməliyyatlar aparılan regionun Yerevandan 70-80 kilometr məsafədə yaxınlıqda olması, Naxçıvandakı cəbhə xəttinin Türkiyəyə daha yaxın olması və vaxtaşırı regiona yaxın bölgələrdə Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsidir.
Bundan başqa Naxçıvan əməliyyatını 2016-cı ilin Aprel döyüşləri ilə müqayisə edən erməni ekspertlər S.Sarkisyanın cəbhədə əlverişli yüksəklikləri və xeyli ərazini itirdikdən sonra nüfuzunun aşağı düşməsini yada salaraq indiki itkilərin hətta ondan daha çox olduğunu qeyd edirlər. Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə ələ keçirilən Lələtəpənin 2016-cı ilin aprel ayında, 1992-ci ildə ermənilər tərəfindən işğal edilən Naxçıvan əraziləri - Günnütün və Qızılqayanın isə 2018-ci ilin mayında itirilməsini müqayisə edən mətbuat sonuncunu sükutla qarşılayan N.Paşinyanın mövqeyinin qeyri-müəyyən olduğunu yazır. İndiki Ermənistan hakimiyyətinin sərhəddə baş verənlərə qarşı etinasızlığına diqqət çəkən mütəxəssislər buna görə yeni baş nazir və komandasını tənqid edirlər.
Sözügedən ittihamlara bu günlərdə sosial mediada cavab verən N.Paşinyan isə Naxçıvan əməliyyatı barədə xəbərləri bir daha təkzib etməyə cəhd göstərib. Bununla belə Ermənistanın ordusunun Azərbaycan Ordusu ilə müqayisədə zəif olduğunu etiraf edən N.Paşinyan eyni zamanda özünün və hökumətinin çətin duruma düşdüyünü nümayiş etdirib. Görünən odur ki, Azərbaycan Ordusunun uğurlu Naxçıvan əməliyyatı Paşinyan hökumətini acı gerçəkliklə üz-üzə qoyub.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

