Vüqar Rəhimzadə: Lələtəpə, Günnüt zəfərləri Ordumuzun gücünün, qüdrətinin göstəricisidir
28.06.2018 [09:48]
Bu il Azərbaycanın ictimai-siyasi tarixində mühüm hadisələrlə yadda qalacaq. Bu mənada Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illik yubileyini xüsusi olaraq vurğulamaq lazımdır. Bu şərəfli tarix Azərbaycanın dövlətçilik ənənələrinin zənginliyindən xəbər verir. Bu il biz həm də Silahlı Qüvvələrimizin yaradılmasının 100 illik yubileyini qeyd edirik. Məhz 1918-ci ildə, AXC dövründə Azərbaycan Ordusunun yaradılması ilə bağlı qərar verildi. Çox təəssüf ki, AXC-nin 23 ay ömür sürməsi nəticəsində Azərbaycan Milli Ordusunun formalaşması yarımçıq qaldı. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra ordu ilə bağlı aparılan islahatlar o qədər də ürəkaçan deyildi. Elə bunun nəticəsində torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal edildi. Nizamsız silahlı birləşmələr düşmən işğalının qarşısını ala bilmədi. Hökumət daxilindəki satqınların “səyi” nəticəsində Ermənistan işğalçılıq və soyqırımı siyasətini həyata keçirməkdə idi. 1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı sayəsində işğalın qarşısı alındı, atəşkəs əldə edildi. Ölkədəki xaos və anarxiyaya son qoyuldu, ictimai-siyasi sabitlik yaradıldı. Bütün bunlarla yanaşı, Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoydu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, bu il 100 illik yubileyi qeyd edilən Azərbaycan Ordusu dünya miqyasında öz gücü, maddi-texniki təminatı, nizamı və hazırlığı ilə seçilir. “1993-2003-cü illər ərzində Azərbaycanda ordu quruculuğu sahəsində mühüm işlər görüldü, yeni uğurlar əldə edildi. 2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan Ordusu tamamilə yeni tərəqqi dövrünə qədəm qoydu. Ordumuz ən müasir silahlar, hərbi texnika ilə təmin edildi. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclər dəfələrlə artırıldı, mühüm kadr islahatları həyata keçirildi. 2003-cü ildən bu günə qədər hərbi xərclər 15 dəfə artıb. Onlarla hərbi şəhərcik yaradılıb. Hərbçilərin mənzil-məişət məsələləri yüksək səviyyədə öz həllini tapır. Son illərdə 20-dən çox hərbi zavod yaradılıb, 1200 adda hərbi təyinatlı müxtəlif məhsul istehsal olunur. Həyata keçirilən bütün bu tədbirlər nəticəsində Azərbaycan Ordusu dünya miqyasında ən güclü ordular sırasına daxil olub”, - deyə V.Rəhimzadə bildirib.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilən möhtəşəm hərbi parad bir daha Ordumuzun gücünü dünyaya nümayiş etdirdi: “Paradda 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları və s. nümayiş etdirildi. Təntənəli hərbi paradda çıxış edən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bəyan etdi ki, 2003-cü ildən başlayaraq işlər bütün istiqamətlər üzrə sürətlə gedir, o cümlədən ordu quruculuğu sahəsində: “Ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir”. Ali Baş Komandanın bu bəyanatı Ordumuzun ruh yüksəkliyini daha da artırır, gələcək zəfərlər, qələbələr üçün stimul yaradır”.
Vüqar Rəhimzadə onu da əlavə edib ki, Azərbaycan Ordusu bu gün torpaqlarımızı işğaldan azad etməyə tam hazırdır. “2016-cı ilin Aprel döyüşləri, eyni zamanda, keçən ay Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağının Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edilməsi bir daha bu reallığı ortaya qoyur. Lələtəpə, Günnüt zəfərləri ordumuzun gücünün, qüdrətinin göstəricisidir. Düşmən işğalından azad edilən bu torpaqlara sancılan Azərbaycan bayrağı gün gələcək Şuşada, Xankəndidə, Laçında dalğalanacaq. O gün uzaqda deyil...”, - deyə V.Rəhimzadə vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

