Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / MTRŞ bu gün iclas keçirəcək

MTRŞ bu gün iclas keçirəcək

07.10.2009 [10:16]

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) toplantısı keçiriləcək. Bu barədə APA-ya MTRŞ üzvü Qafar Cəbiyev məlumat verib. Onun sözlərinə görə, məqsəd Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycan” qəzetində dərc olunmuş “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı məqaləsi ətrafında müzakirələr keçirməkdir. MTRŞ-nın monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov isə APA-ya bildirib ki, Şura məqalədə əksini tapan tezislərlə bağlı ciddi monitorinqlərə başlayıb: “Monitorinq şöbəsi telekanallarda milli-mənəvi dəyərlərin qorunması ilə bağlı dəyişiklərin olmasını, irəliyə doğru addımın atılıb-atılmamasını araşdıracaq”.

Paylaş:
Baxılıb: 1266 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30