/ / Bəhruz Quliyev: Xaricdən idxal olunan itaətsizliyə çağırışlarla ölkədə vəziyyəti mürəkkəbləşdirmək mümkün deyil
Bəhruz Quliyev: Xaricdən idxal olunan itaətsizliyə çağırışlarla ölkədə vəziyyəti mürəkkəbləşdirmək mümkün deyil
10.07.2018 [09:20]
“Azərbaycan demokratik və hüquqi bir dövlət olaraq, istər beynəlxalq, istərsə də ölkə daxilində mövcud olan qanunlar çərçivəsində öz uğurlu siyasətini yürüdür. O cümlədən, xaricdən idxal olunan itaətsizliyə çağırışlarla ölkədə vəziyyəti mürəkkəbləşdirmək mümkün deyildir”. Bu fikirləri SİA-ya “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev Gəncədə baş vermiş terror olayı ilə bağlı fikirlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan terrorla mübarizə sahəsində öncül yerlərdən birini tutur və o da məlumdur ki, ölkəmiz anti-terror koalisiyasında yer alaraq, hər zaman müxtəlif nöqtələrdə qətiyyətli, uğurlu mövqeyini sərgiləyib. “Ölkəmiz uzun illərdir ki, erməni terroruna məruz qalmaqdadır”, - deyə qeyd edən Bəhruz Quliyevə görə, hansısa qüvvələrin sabit və inkişaf edən Azərbaycanda “suyu bulandırmaq” cəhdləri, xüsusilə Gəncədə baş verən terror aktından sonra ictimaiyyəti kütləvi itaətsizliyə çağırışları qəbuledilməzdir: “Bəzi anti-Azərbaycan qüvvələrin ölkəmizdə həyata keçirməyə cəhd göstərdikləri itaətsizliyə və silahlı qarşıdurmaya çağırışların qarşısı hüquq-mühafizə orqanları tərəfindən alınacaq. Azərbaycanda bu cür cəhdlər heç vaxt baş tutmayacaqdır. Çünki öz dövlətini, Vətənini sevən hər bir kəs vətəndaşlıq mövqeyindən çıxış edərək, belə cəhdləri lənətləyir. Hesab edirəm ki, hər bir azərbaycanlı bənzər məsələlərdə həssas olmalı, dövlətçilik maraqlarının qorunması üçün əlindən gələni əsirgəməməlidir. Ümumiyyətlə, ölkəmizin sabitliyini istəməyən bir sıra qüvvələrin cəhdlərinin qarşısının alınmasında xalq hər zaman olduğu kimi, indi də, gələcəkdə də öz dövlətinin yanındadır, xalq-hakimiyyət birliyi reallığından çıxış edir. Çünki bu, həm də bir ümummilli məsələdir”.
Baş redaktor qeyd olunanlarla yanaşı, media sahəsində çalışanlara da çağırış edib. O, mətbuat təmsilçisi olaraq bildirib ki, Azərbaycanda özbaşınalıq yaratmağa çalışanların, terrora dəstək verən istənilən tərəflərin, şəxslərin, eyni zamanda müəyyən siyasi-ictimai təşkilatların qanun qarşısında cavab verməsinin tərəfdarıdır: “Təəssüflə bir faktı da qeyd etməliyik ki, məlum hadisədən sonra maraqlı qüvvələr tərəfindən sosial mediada bir-birinin ardınca, vəziyyəti mürəkkəbləşdirməyə yönəlmiş yazılar, informasiyalar və çağırışlar yer aldı. Ancaq Azərbaycan xalqı belə informasiyaları həqiqət kimi qəbul etmədi. Çünki ortada açıq-aşkar terror hadisəsi baş vermişdi. Bu səbəbdən, mən bir jurnalist olaraq, fəaliyyət göstərən qəzet və sayt rəhbərlərinə, eləcə də sosial şəbəkə istifadəçilərinə çağırış edərək bildirirəm ki, ayıq-sayıq olmalı, əldə etdiyimiz informasiyaların hər birini tam dəqiqliyi ilə yoxladıqdan sonra ictimailəşdirməli, eləcə də bədxah qüvvələrin qarşısını birlikdə almalıyıq. Əks halda, düşmən dəyirmanına su tökmüş olacağıq. Ümidvaram ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəsmi məlumatından sonra bizlər - mətbuat təmsilçiləri də daxil olmaqla, hər kəs dövlətimizin mənafeyinin qorunması istiqamətində, ölkədə özbaşınalıq yaratmağa çalışanlara qarşı birgə və səmərəli mübarizə aparacağıq”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

