/ / Bəhruz Quliyev: Ölkəmizdə həyata keçirilən siyasət insanların sosial rifah halının yaxşılaşdırılmasına istiqamətlənib
Bəhruz Quliyev: Ölkəmizdə həyata keçirilən siyasət insanların sosial rifah halının yaxşılaşdırılmasına istiqamətlənib
11.07.2018 [09:01]
“Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında mühüm məsələlərə toxunaraq, ölkəmiz bütün sahələrində əldə olunan nailiyyətləri ictimaiyyətin diqqətinə çatdırdı”. Bu fikirləri SİA-ya açıqlamasında Səs Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.
Müşavirədə səslənən mühüm məqamlara toxunan siyasi ekspert bildirib ki, Azərbaycanda əldə olunan bütün nailiyyətlər təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətlə yanaşı, xalq-iqtidar birliyinin təzahürüdür: “Prezident İlham Əliyev toplantıda bildirdi ki, Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan xalqın iqtidara dəstəyinə görə dünya miqyasında 20-ci yerdədir. Təbii ki, bu birlik 2018-ci ildə keçirilən prezident seçkilərində də özünü göstərmiş oldu. Xalq birmənalı olaraq əsası 1993-cü ildə qoyulan və son 15 ildə yüksək şəkildə davam etdirilən siyasətə dəstək çıxaraq Prezident İlham Əliyevə səs verdi”.
B.Quliyev söyləyib ki, müşavirədə əsas məqamlardan biri Prezidentin Azərbaycan və Ermənistanda keçirilən seçkiləri müqayisə etməsidir: “Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycanda seçkilər xalqın iradəsini, Ermənistandakı seçkilər isə bu ölkənin iflasını nümayiş etdirmiş oldu. Nə qədər ki Azərbaycan torpaqları işğal altındadır, Ermənistanın vəziyyəti daha da acınacaqlı olacaq. Çünki Azərbaycan düşmən ölkəni bütün beynəlxalq layihələrdən təcrid edib”.
Azərbaycan ordusunun işğal altında olan torpaqlarımızı azad etməyə qadir olduğunu deyən ekspert vurğulayıb ki, dövlət başçısı müşavirədə Azərbaycan və Ermənistan ordusunu müqayisə edərək ölkəmizin ordu quruculuğu istiqamətində inamla irəlilədiyini bir daha diqqətə çatdırdı: “Prezident toplantıda Azərbaycan ordusunun uğurlarına da diqqəti çəkərək, 2016-cı ildə aprel döyüşləri, 2018-ci ildə Naxçıvan əməliyyatı zamanı işğal altında olan minlərlə hektar torpağımızın geri qaytarılmasını xüsusi vurğuladı. Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini ifadə edərək, problemin yalnız ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü xalqın diqqətinə çatdırdı”.
B.Quliyev qeyd edib ki, müşavirədə bir çox sahələrdə görülən işlərlə yanaşı, qarşıya qoyulan məqsədlər göstərdi ki, ölkəmizdə həyata keçirilən siyasət nəticə etibarilə insanların sosial rifah halının yaxşılaşdırılmasına istiqamətlənib: “Prezident İlham Əliyevin müşavirənin sonunda rüşvətxorluq, korrupsiya hallarının aradan qaldırılması, sosial problemlərin həlli, özünüməşğulluq imkanlarının, sahibkarlara yaradılan şəraitin, turizm imkanlarının daha da genişləndirilməsi, nəqliyyat, infrastruktur, tikinti və digər sahələrlə əlaqədar verdiyi tapşırıqlar vətəndaşlarımızın daha da inkişaf etmiş rahat, sabit və güclü iqtisadiyyata malik ölkədə yaşamasına yönəlib. Bütün bunlar sübut edir ki, Azərbaycan Prezidentinin siyasətinin əsasında məhz ölkə vətəndaşlarının mənafeyi dayanır”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25

