/ / Hikmət Babaoğlu: İstənilən demokratik cəmiyyətin uğurlu inkişafı məhz xalq-iqtidar birliyi ilə mümkün ola bilər
Hikmət Babaoğlu: İstənilən demokratik cəmiyyətin uğurlu inkişafı məhz xalq-iqtidar birliyi ilə mümkün ola bilər
11.07.2018 [09:04]
İyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı ötən 6 ay ərzində ölkəmizdə və dünyada baş verən mühüm siyasi və iqtisadi hadisələrə qiymət verərək ümumiləşdirmələr apardı və bundan sonra qarşıda duran məsələlərin həlli yolları ilə bağlı əsas istiqamətləri göstərdi. Dövlətimizin başçısı 2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərinə toxunaraq bu önəmli hüquqi-siyasi hadisəni və onun nəticələrini Azərbaycan xalqının mövcud siyasi hakimiyyətə və onun həyata keçirdiyi siyasətə dəstəyi kimi qiymətləndirdi. Bu təsbit və qiymətləndirmə Azərbaycan cəmiyyətinin sosial-siyasi reallığını obyektiv şəkildə əks etdirən qiymətləndirmədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. O qeyd edib ki, istənilən demokratik cəmiyyətin uğurlu inkişafı məhz xalq-iqtidar birliyi formulu ilə mümkün ola bilər. Bunun təkcə ölkədaxili inkişaf üçün deyil, eyni zamanda, güclü xarici siyasəti həyata keçirmək üçün də mühüm amil olduğunu deyən deputat vurğulayıb ki, xalqın dəstəyi nə qədər çox olarsa, siyasi hakimiyyət özünü bir o qədər güclü hiss etməklə müstəqil və milli maraqlara uyğun siyasət apara bilər.
Hikmət Babaoğlu qeyd edib ki, hazırda Azərbaycan güclü dövlət kimi xarici siyasət müstəvisində də öz maraqlarını layiqli şəkildə qoruyur, ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır. Bu isə, heç şübhəsiz ki, müasir mürəkkəb beynəlxalq şərtlərdə həm ölkəmizin təhlükəsizliyini təmin edir, həm də Dağlıq Qarabağ probleminin həllində mövqelərimizi gücləndirir. Məhz bu məsələyə diqqət çəkən Prezident İlham Əliyev qeyd etdi ki, apardığımız uğurlu xarici siyasət nəticəsində Azərbaycan demək olar ki, bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilib. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurulur. Beləliklə, ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur. Bu kontekstdə Prezident İlham Əliyev Azərbaycanın qonşu ölkələrlə, eyni zamanda, hazırda dünya siyasətini müəyyənləşdirən ölkələrdən biri olan ABŞ-la, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla əlaqələrinin yüksək səviyyədə olduğunu bildirərək bütün bunların ölkəmizin inkişafına və təhlükəsizliyinə töhfə verdiyini vurğulayıb.
Hikmət Babaoğlu əlavə edib ki, bu strateji qiymətləndirmə və onun yaratdığı siyasi reallıq, əslində, Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsində ölkəmizin lehinə olan şərtləri formalaşdıran amildir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə toxunan Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistanda 20 il ərzində mövcud olan kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğradı. Bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi, əslində, Ermənistanın dövlətçiliyinin iflasıdır. Bu rejimin çökməsində bizim də rolumuz olub. Bizim apardığımız siyasət nəticəsində Ermənistan onlara gəlir gətirə biləcək bütün layihələrdən məhrum edilib. Biz onlara qarşı təcrid siyasətimizi uğurla aparmışıq. Nə qədər ki, torpaqlarımız işğal altındadır, biz Ermənistana qarşı təcrid siyasətimizi aparacağıq. Bu kontekstdə Azərbaycanın inkişafı məsələlərinə diqqət çəkən Prezident İlham Əliyev ölkəmizdə görülən ordu quruculuğu işlərini, Silahlı Qüvvələrimizin son illərdə həyata keçirdiyi mühüm hərbi əməliyyatları çox yüksək qiymətləndirdi. Dövlətimizin başçısı ən mürəkkəb iqtisadi şərtlər içərisində dünyada baş verən qlobal iqtisadi böhran vəziyyətində belə həyata keçirilən iqtisadi siyasət sayəsində Azərbaycanda iqtisadi inkişaf tempinin davam etdiyini bildirdi. “Əlbəttə, bütün bunlar Azərbaycanda dayanıqlı inkişafı təmin etməklə bərabər, həm də onun beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirir”, - deyə Hikmət Babaoğlu qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

