/ / Gəncə Dövlət Universitetinin rektoru: Şəhərimizdə törədilən terror hadisəsi və iğtişaş ölkəmizdə xaos yaratmağa hesablanıb
Gəncə Dövlət Universitetinin rektoru: Şəhərimizdə törədilən terror hadisəsi və iğtişaş ölkəmizdə xaos yaratmağa hesablanıb
12.07.2018 [09:43]
Gəncədə aparılan abadlıq və quruculuq işləri həm miqyasına görə, həm də müasir şəhərsalma prinsiplərinin hərtərəfliliyi baxımından diqqəti cəlb edib. Prezident İlham Əliyevin respublikanın bütün regionlarına olduğu kimi, Gəncəyə də göstərdiyi diqqət və qayğı nəticəsində şəhərin görkəmi tamamilə dəyişib, bu qədim diyarın tarixi memarlıq ənənələri qorunmaqla Nizami yurduna müasir görkəm verilib.
Bu fikirləri AZƏRTAC-a iyulun 10-da Gəncədə törədilən iğtişaşlarla bağlı şərhində Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov söyləyib.
Rektor bildirib ki, son 7 ildə Gəncədə aparılan infrastruktur yenilənmələri, eləcə də yeni salınan geniş parklar, yaradılan zəngin muzeylər, siyasi, elmi-mədəni, kütləvi tədbirlər üçün qurulan mərkəzlər qədim şəhərimizi yalnız respublikamızın deyil, həm də Cənubi Qafqazın və MDB-nin ən gözəl şəhərlərindən birinə çevirib.
Tarixi-mədəni irsimizə, dini dəyərlərimizə və zəngin mədəniyyətimizə böyük bir sevginin nümunələri kimi yaradılan Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi, Nizami Gəncəvi Muzeyi, Məhsəti Gəncəvi Mərkəzi, “İmamzadə” Dini Ziyarətgah Kompleksi, ərazisinin böyüklüyünə görə dünyanın 5 parkından biri olan Heydər Əliyev Park Kompleksi, əzəmətli Heydər Əliyev Mərkəzi, Zəfər tağı, Müasir İncəsənət Mərkəzi, Mirzə Şəfi Vazeh Muzeyi, Xəmsə Parkı, Gənclər Evi, Gəncəçay Park-Bulvar Kompleksi, “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” parkı, Bayraq Meydanı, Gəncə Dövlət Filarmoniyasının möhtəşəm binası, Əziz Əliyev parkı,”Xəmsə” parkı, şəhərin girişində yaradılmış “Xəmsə” daş kitabələr abidəsi, başdan-başa yenilənmiş Cavadxan küçəsi, Hacıkənd qəsəbəsində açıq havada salınmış “Nizami Gəncəvi: Sələflər və Xələflər” parkı dahi Nizami yurdunda görülmüş işlərə əyani sübutdur.
Gəncə şəhərində qazanılmış bu uğurlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə çağdaş dövrün çağırışlarına uyğun həyata keçirilən islahatların bəhrələridir.
Azərbaycanın, o cümlədən Gəncənin inkişafını, tərəqqisini gözü götürməyən düşmən qüvvələr tərəfindən iyulun 3-də şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd təşkil edildi, dünən (iyulun 10-da - red.) isə bir qrup radikal təmayüllü başıpozuq qüvvə şəhərin mərkəzində iğtişaş yaratmağa cəhd etdi.
Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid oldular.
Məlum olur ki, bu sui-qəsd və şəhərin mərkəzində törədilən qanlı iğtişaş Azərbaycana düşmən kəsilən müəyyən qüvvələr və mərkəzlər tərəfindən əvvəlcədən planlaşdırılmış bir terror aktıdır. Bu terror aktının və iğtişaşın məhz şəhər icra hakimiyyətinin inzibati binasının qarşısındakı meydanda həyata keçirilməsinə göstərilən cəhd Gəncədə xaos, anarxiya, itaətsizlik, o cümlədən insanlar arasında vahimə, qorxu yaratmağa, sabitliyi pozmağa hesablanmışdı.
Lakin bu terroru təşkil edən qüvvələr unudurlar ki, Azərbaycan dövləti 1990-cı illərin əvvəllərində olduğu kimi deyil. Azərbaycan indi iqtisadi, hərbi, siyasi cəhətdən Cənubi Qafqazın ən inkişaf etmiş, ən qüdrətli dövlətidir və bütün dünyada söz sahibidir.
Məlumdur ki, terror hər bir zaman bəşəriyyətə fəlakət, faciə, dağıntı və ölüm gətirir. Terrorçunun vətəni və milliyyəti olmaz deyirlər. Terrorçu hətta öz vətəninə, xalqına qarşı da cinayətkar əməllər törətməyə həmişə hazırdır.
Mən bir Azərbaycan vətəndaşı, ziyalı kimi bu hadisəni, ümumiyyətlə terroru, hər cür qanlı cinayəti və iğtişaşı qətiyyətlə pisləyirəm, lənətləyirəm və hamını terrorla fəal mübarizəyə çağırıram. Bir ziyalı kimi dövlətimizin gücünə, Prezidentimizin sarsılmaz iradəsinə, qətiyyətinə və dövlətçilik təcrübəsinə arxalanaraq bu cinayətin günahkarlarının ədalət məhkəməsi qarşısında dayanacaqlarına əminəm.
Xəbər lenti
Hamısına baxHərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06

