/ / Mahir Dərziyev: Gəncədə baş verən hadisələr bölgənin lider dövləti olan Azərbaycanı istəməyən qüvvələrin təxribatıdır
Mahir Dərziyev: Gəncədə baş verən hadisələr bölgənin lider dövləti olan Azərbaycanı istəməyən qüvvələrin təxribatıdır
12.07.2018 [09:51]
İyulun 10-da Gəncədə baş verən hadisələr bölgənin lider dövləti olan Azərbaycanı istəməyən qüvvələrin təxribatıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin deputatı, hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının üzvü Mahir Dərziyev Gəncədə baş verən hadisələri şərh edərkən söyləyib.
M.Dərziyev bildirib ki, iyulun 10-da təqribən 200 nəfərədək radikal dini yönümlü şəxslərin Gəncə şəhərində asayişi kobud şəkildə pozmağa cəhd göstərməsi xəbəri Gürcüstanda yaşayan azərbaycanlıları da ciddi şəkildə hiddətləndirib. Bu cür qanunazidd hərəkətlər Azərbaycanda siyasi sabitliyi pozmağa yönəlib. Gürcüstanda yaşayan azərbaycanlılar bunun əleyhinədir və müstəqil Azərbaycan dövlətini, onun Prezidentini dəstəkləyirlər.
Deputat qeyd edib ki, əlinə soyuq silah, deşici-kəsici alətlər alaraq asayişi pozmağa cəhd göstərmək, xidməti vəzifəsini yerinə yetirən şəxsləri qətlə yetirmək nə dinə, nə də demokratiyaya xidmət edir. Bu, yalnız və yalnız ölkədə sabitliyi, ictimai asayışı pozmağa, xaos yaratmağa yönəlmiş bir addımdır.
M.Dərziyev daha sonra deyib: “Azərbaycan bu gün təkcə Cənubi Qafqazda deyil, bütün dünyada sülhün və təhlükəsizliyin bərqərar olmasına çalışır. Azərbaycanın müəllifi olduğu, Gürcüstan və Türkiyə ilə birgə həyata keçirdiyi irimiqyaslı enerji, nəqliyyat və digər infrastruktur layihələri region və dünya dövlətlərinin, xalqlarının sosial, iqtisadi inkişafına, təhlükəsizliyinə xidmət edir. Lakin bəzi anti-Azərbaycan qüvvələr bunu istəmirlər. Azərbaycanda, eləcə də xarici ölkələrdə təxribatçı hərəkətlərə yol verir, pozucu aksiyalar təşkil edir, şüarlar səsləndirirlər. Biz, Gürcüstanda yaşayan azərbaycanlılar tarixi Vətənimiz olan Azərbaycanı xaosa çevirmək istəyən qüvvələrin bu hərəkətlərini qətiyyətlə pisləyirik. Hamımız tarixi ana Vətənimizin yanında olmalıyıq və Azərbaycanı qarışdırmaq istəyən qüvvələrin istəklərinə çatmalarına birlikdə imkan verməməliyik”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

