Məlahət İbrahimqızı: Azərbaycan polisi hər zaman dövlətimizin keşiyindədir
12.07.2018 [09:59]
“Gəncə şəhərində baş verən son hadisələr təsadüfi deyil. Son vaxtlar sosial şəbəkələrdə ölkəmizdə sabitliyin pozulması məqsədinə xidmət edən çağırışlar səslənirdi. Səbəb isə Azərbaycanın uğurlu inkişafından düşmənlərimizin narahat olmasıdır”. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, Azərbaycan sabitlik adasıdır, ölkəmizdə əmin-amanlıq hökm sürür. Onun sözlərinə görə, Azərbaycan həyata keçirdiyi qlobal layihələrlə beynəlxalq miqyasda nüfuzunu əhəmiyyətli dərəcədə artırır.
“Bu gün Azərbaycan Avropanın enerji xəritəsini dəyişir. Cənub Qaz Dəhlizi, TANAP, TAP layihələri buna sübutdur. Eləcə də ordumuz güclənir. 26 iyunda keçirilən möhtəşəm parad ordumuzun gücünü göstərdi. Silahlı Qüvvələrimizin yaradılmasının 100 illiyi ərəfəsində Naxçıvanda 11 min hektar ərazinin erməni işğalından azad edilməsi də bir daha ordumuzun gücünün nümunəsidir. Bütövlükdə, ölkəmiz Cənubi Qafqazın lider ölkəsi olmaqla yanaşı özünün müstəqil siyasəti ilə böyük nailiyyətlər əldə edir. Bunu isə müəyyən beynəlxalq dairələr həzm edə bilmir. Ona görə də, bu cür təxribatlara əl atırlar”, - deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.
Millət vəkili qeyd edib ki, bu qüvvələr ölkəmizdə fitnə-fəsad törətmək istəyirlər və Gəncə hadisələri bunun bir hissəsidir. O deyib ki, Azərbaycan polisi və xalqımız hər zaman dövlətimizin keşiyindədir: “Bu xalq 20 Yanvar hadisələri zamanı sovet ordusuna qarşı əliyalın çıxaraq öz sözünü dedi. Həmçinin 1994 və 1995-ci il dövlət çevrilişlərinə cəhd zamanı xalqımız birmənalı şəkildə dövlətçiliyimizi, Ümummilli liderimiz Heydər Əliyevi müdafiə etdi. Bu gün məkrli niyyəti olan qüvvələr bilməlidir ki, əgər hansısa təxribatlara əl atmaq istəsələr, yenə də qarşılarında Azərbaycan xalqını, sadə insanları görəcəklər. Bizim bir düşmənimiz var. O da torpaqlarımızı işğal edən Ermənistandır. Siyasi mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq, hər kəs, dövlətin, dövlətçiliyin yanında olmalıdır. Gəncə hadisələri zamanı iki yüksək rütbəli polis zabitinin şəhid olması təəssüf doğurur. Allah onlara rəhmət eləsin. Şübhəsiz ki, həmin cinayəti törədənlər tutulub layiqli cəzalarını alacaqlar. Çünki Azərbaycanın güclü hüquq-mühafizə orqanları var”.
Xəbər lenti
Hamısına baxHərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06

