/ / Mübariz Qurbanlı: Gəncədə dini ibadətlərin yerinə yetirilməsində heç bir problem olmayıb və yoxdur
Mübariz Qurbanlı: Gəncədə dini ibadətlərin yerinə yetirilməsində heç bir problem olmayıb və yoxdur
12.07.2018 [10:01]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncədəki hadisələrin dindarların narazılığı zəminində baş verməsi ilə bağlı iddialara münasibət bildirib.
M.Qurbanlı APA-ya müsahibəsində bildirib ki, Gəncədə dini durum, dini ibadətlərin yerinə yetirilməsində heç bir problem olmayıb və yoxdur: “Gəncədəki məscidlər normal şəkildə fəaliyyət göstərir, inanclı insanlar ibadətlərini edirlər. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən o məscidlərə rəsmi din xadimləri təyin olunub, bu ildən isə Mənəvi Dəyərlərin Təbliği Fondunun vasitəsilə məscidlərdə rəsmi təyinatı olan din xadimlərinə maddi dəstək verilir. Bundan başqa, respublikanın digər yerlərində olduğu kimi, Gəncədə də silsilə dini maarifləndirmə tədbirləri keçirmişik. Xüsusilə də “İmamzadə” kompleksinin əsaslı təmirdən sonra yenidən istifadəyə verilməsi ilə inanclı insanlara daha geniş imkanlar yaradılıb. Yəni Gəncədə kimlərsə dini ayinlərin icrasına hansısa formada maneələr olur deyərək, hadisəni dinə bağlamağa çalışırlarsa, bu, tamamilə əsassızdır. “İmamzadə” kompleksində ətraf bölgələrdən də inanclılar toplaşaraq rahat şəkildə Aşura mərasimlərini qeyd edirlər. Amma bir neçə ildir ki, bu cür təxribatçı qruplar Gəncədə Aşura günlərində polisi təxribata çəkərək qarşıdurma yaratmağa çalışırlar. Ötən il bunu açıq formada etdilər və bir neçə polisə də zərər yetirdilər. Yəni son hadisəyə qədər bu formada müəyyən qrupların hazırlandığı, Gəncədə təxribat törətmə planları müşahidə olunurdu. Ancaq qarşısını almaq üçün Dövlət Komitəsi, QMİ, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Baş Prokurorluqla birgə profilaktik tədbirlərimizi görürdük. Ümumilikdə Azərbaycanda insanların dini ayinlərdə iştirakı miqyasına görə əhalinin 3-4 faizini təşkil edir. Başqa bölgələrlə müqayisədə Gəncədə də bu rəqəm yüksək deyil”.
Komitə sədri deyib ki, istər Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin təşkili, istərsə də ardınca iki yüksək rütbəli polis zabitinin şəhid edilməsi sırf xarici və daxili qüvvələrdən qidalanan bir qrup ekstremist və radikalların əməlidir: “Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, həyata keçirdiyi layihələr təbii ki, bəzi dairələri narahat edir. Bu da onların daxildəki təxribatçı qüvvələri işə salması, təəssüf ki, bəzi gənclərin də buna alət olması ilə nəticələnir. Cinayəti törədən qatillərin əməlləri onların kimliyini bir daha göstərir. Amma bu kimi hallar Azərbaycan dövlətini sarsıda bilməz. Onlar qanunun ən sərt üzü ilə cəzalarını alacaqlar. Azərbaycanda dini kəsimə yüksək dövlət qayğısı var, bizdə dinlər və dindarlar fəaliyyətlərində azaddırlar”.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

