Azərbaycan-Bolqarıstan əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
12.07.2018 [10:10]
İyulun 11-də Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikası xarici işlər nazirinin müavini Yuri Şterk ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov bu cür görüşlərin ikitərəfli əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olduğunu söyləyib. İki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən Milli Məclis sədrinin birinci müavini qeyd edib ki, dövlət başçılarının qarşılıqlı səfərləri, aparılan danışıqlar münasibətlərin gücləndirilməsində önəmli rol oynayır. İqtisadi, ticarət, energetika, mədəni sahələrdə əməkdaşlığımız dinamik inkişaf edir. Ölkələrimiz arasında ticarət dövriyyəsini yüksəltmək üçün geniş imkanlar mövcuddur.
Ziyafət Əsgərov bildirib ki, dövlətlərarası əlaqələrin möhkəmləndirilməsində parlamentlərin rolu böyükdür. Hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən parlamentlərarası əlaqələr üzrə işçi qruplarının əməkdaşlığı təcrübə və informasiya mübadiləsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, deputatlardan ibarət nümayəndə heyətlərimizin nüfuzlu beynəlxalq qurumlarda birgə səmərəli fəaliyyəti təqdirəlayiqdir.
Diqqətə çatdırılıb ki, ölkəmizdə gedən quruculuq işləri, müşahidə olunan yüksək tərəqqi ilə yanaşı, yerləşdiyimiz bölgənin təhlükəsizliyini təhdid altında saxlayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmaması bizi çox narahat edir. Problemin həlli ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi, digər beynəlxalq qurumların qəbul etdiyi qərarlar mövcuddur. Bu sənədlərdə Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz işğal olunmuş torpaqlardan çıxarılması tələb olunur, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı dəstəklənir. Lakin təəssüflə qeyd etməliyik ki, Ermənistan tərəfi bütün bu sənədlərə məhəl qoymur, öz işğalçılıq siyasətini davam etdirir.
Bolqarıstan Respublikası xarici işlər nazirinin müavini Yuri Şterk Azərbaycanda keçirdiyi görüşlər, aparılan müzakirələr barədə danışıb. O, ölkələrimiz arasında nəqliyyat, energetika, turizm, kənd təsərrüfatı, mədəniyyət sahələrində əməkdaşlığın vacibliyini vurğulayıb.
Bildirilib ki, Bolqarıstan Azərbaycanla münasibətlərin inkişafına böyük maraq göstərir. Siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığımız yüksək səviyyədədir. Qarşılıqlı faydalı əlaqələrin inkişafında qanunverici orqanlar arasında əməkdaşlıq xüsusi önəm daşıyır. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsi çox əhəmiyyətlidir.
Qonaq Dağlıq Qarabağ məsələsində Bolqarıstanın mövqeyinin dəyişməz olduğunu söyləyib. Ölkəsinin problemin beynəlxalq hüquq normaları çərçivəsində, sərhədlərin toxunulmazlığı prinsipi əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib, bu istiqamətdə keçirilən yüksək səviyyəli görüşləri, aparılan danışıqları alqışladıqlarını deyib.
Sonra iki ölkə arasında münasibətlərin genişləndirilməsi, əməkdaşlığın inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxHərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06

