Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mirzəcan Xəlilov: Təxribatçı qüvvələr heç vaxt bizim birliyimizi poza bilməyəcəklər

Mirzəcan Xəlilov: Təxribatçı qüvvələr heç vaxt bizim birliyimizi poza bilməyəcəklər

17.07.2018 [09:24]

“Bir neçə gün öncə Gəncə şəhərində baş verən hadisələri dövlətini sevən hər bir azərbaycanlı kəskin şəkildə pisləyir”. Bu fikri Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib. M.Xəlilov bildirib ki, Gəncədə baş verən təxtibat Azərbaycan dövlətçiliyini, ölkəmizdəki sabitliyi hədəfə alan terror hadisəsidir: “Bu gün müstəqil Azərbaycan dünya ölkələri arasında özünə layiqli yer tutub. Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurla həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmiz sürətlə inkişaf edir. Lakin uğurlarımızı istəməyən, Vətənə, xalqa dönük çıxan bəzi təxribatçılar respublikamızda sabitliyi pozmağa çalışırlar. Gəncədə 150-200 nəfərin xarici qüvvələrin və onların əlaltılarının dəstəyi ilə iğtişaş törətməyə cəhd etmələri də bu məqsədə xidmət edib. Xaricdəki anti-azərbaycançı mərkəzlər tərəfindən idarə olunan bu dağıdıcı proseslər öz məqsədinə çata bilmədi”.
Millət vəkilinin sözlərinə görə, respublikamızda möhkəm xalq-iqtidar birliyi mövcuddur. “Xalqımız öz Prezidentini dəstəkləyir. Təxribatçı ünsürlər heç vaxt bizim birliyimizi, ölkəmizdəki sabitliyi poza bilməzlər. Əminəm ki, Gəncədə iğtişaş törədən cinayətkarlar və təxribatçılar layiqli cəzalarını alacaqlar. Artıq bu istiqamətdə hüquq-mühafizə orqanları müvafiq tədbirləri görməkdədir. Hesab edirəm ki, sosial şəbəkələrdə, bəzi saytlarda təxribat yönümlü çağırış edənlər də öz məsuliyyətini dərk etməlidirlər. Onlara qarşı da müvafiq hüquqi tədbirlərin görülməsi çox vacibdir”, - deyə M.Xəlilov vurğulayıb.

Paylaş:
Baxılıb: 496 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

35 il bir yerdə

26 İyun 10:20  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30