"Azərbaycanın efir məkanı: problemlər və vəzifələr"
09.10.2009 [09:38]
“Səs” qəzeti və “Səs” informasiya agentliyi (SİA) Azərbaycan Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birlikdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycan” qəzetində dərc olunmuş “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı məqaləsində qaldırılan məsələlər ətrafında müzakirələr aparmaq məqsədi ilə “dəyirmi masa” keçirib.
SİA-nın məlumatına görə, tədbirdə Milli Məclisin deputatları Məlahət Həsənova, Jalə Əliyeva, Aynur Quliyeva, Qənirə Paşayeva, İctimai Televiziya və Radio Yayımları Şirkətinin proqram direktoru Rafiq Nəbiyev, “Xəzər” TV-nin baş müşaviri Qulu Məhərrəmli, professorlar Nizaməddin Şəmsizadə, Buludxan Xəlilov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin “Maarifçilik” redaksiyasının baş redaktoru İlham Rəhimli, televiziya mütəxəssisləri Rizvan Cəbiyev, media-ekspert Zeynal Məmmədli, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Azad Azərbaycan” qəzetinin baş redaktoru Asəf Abbasov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Səs” qəzetinin və “Səs” İnformasiya Agentliyinin rəhbəri Bəhruz Quliyev akademik Ramiz Mehdiyevin “Azərbaycan” qəzetində dərc olunmuş və cəmiyyətdə böyük əks-səda doğurmuş “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” sərlövhəli məqaləsinin əhəmiyyətinə diqqət çəkib.
Televiziyaların mövcud efir mədəniyyətini təhlil edən B.Quliyev vurğulamışdır ki, hər bir vətəndaşın mənəvi təhlükəsizliyinin qorunması ilk növbədə KİV vasitəsilə təmin edilir.
Buna baxmayaraq, Azərbaycan televiziya məkanında davam edən meylin qarşısının alınmasında həmin məqalənin böyük ictimai əhəmiyyət kəsb etdiyinə toxunan B.Quliyev mövzu ətrafında müzakirələrin aparılması zəruriliyini qeyd edib.
“Dəyirmi masa”ya dəvət olunan qonaqlar “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsində akademik Ramiz Mehdiyevin toxunduğu televiziya kanallarında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlər, teleradio qurumlarının biznes maraqları, efir vaxtının mentalitetimizə yad verilişlərlə doldurulması, peşəkar kadrların azlığı və ciddi çatışmazlıqların yaranması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycan” qəzetində dərc olunmuş “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı məqaləsi Azərbaycanın teleradio məkanındakı mövcud vəziyyətinin təhlil edilməsi, vacib məsələlərin qaldırılması və həmin problemlərin həll olunması istiqamətində vəzifələrin müəyyənləşdirilməsi baxımından istiqamətverici bir məqalə hesab edilir. Məqalədə Azərbaycanın efir məkanındakı problemlərin aradan qaldırılması birinci dərəcəli məsələ kimi ortaya qoyulub.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Siyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30

