/ / Millət vəkili: İnanmaq olmur ki, özünü Azərbaycan mətbuatının bir parçası hesab edən, məhz media adı altında fəaliyyət göstərməyə çalışan insanlar çap mediasının gərəksizliyini irəli sürürlər
Millət vəkili: İnanmaq olmur ki, özünü Azərbaycan mətbuatının bir parçası hesab edən, məhz media adı altında fəaliyyət göstərməyə çalışan insanlar çap mediasının gərəksizliyini irəli sürürlər
21.07.2018 [09:43]
Azərbaycanda çap mediasının fəaliyyətinin dayandırılmasının lazım olduğunu iddia etmək sağlam düşüncənin deyil, qərəzli və xəstə təxəyyülün məhsuludur. Hələ üstəlik, bu iddianı özünü media ilə bağlı hesab edən bir qrup irəli sürürsə, bu artıq milli mətbu dəyərlərimizə, bütövlükdə milli mətbuatımıza həqarətdir. Bunu Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, inanmaq olmur ki, özünü Azərbaycan mətbuatının bir parçası hesab edən, məhz media adı altında fəaliyyət göstərməyə çalışan insanlar çap mediasının gərəksizliyini irəli sürürlər: “O zaman ilkin qənaət belədir ki, ya bu qrupun media ilə heç bir əlaqəsi yoxdur, ya da media adı altında başqa məqsədlərlə fəaliyyət göstərirlər. Məqsəd isə olduqca qaranlıqdır. Çünki məsələni bu cür qoymaqla istənilən halda yalnız və yalnız Azərbaycanı qaralamaq mümkündür”.
“Fərz edək ki, bu “intellektuallar”ın dedikləri ciddiyə alındı və çap mediasının fəaliyyəti dayandırıldı. O zaman elə həmin qrup bütün dünyaya car çəkəcək ki, Azərbaycanda söz azadlığına zərbə vuruldu, mətbuat azadlığı məhdudlaşdırıldı, 143 illik ənənəsi olan çap mediasının fəaliyyətinə bu hakimiyyət son qoydu. Yox əgər mətbuat indiki kimi Azərbaycan dövlətinin himayəsi və qayğısı altında fəaliyyət göstərəcəksə, bu belə də olacaq, onda da yenə bəzi macərapərəstlərə cazibədar görünən belə manipulyasiyalarla bir müddət siyasi gündəmi şantaj etmək mümkün olacaq. Bunların heç biri isə hazırkı mürəkkəb tarixi mərhələdə milli maraqlarımıza uyğun deyil. Onda məntiqi nəticə də budur ki, çap mediasının bağlanmasını iddia edən qrupun iddiası da milli maraqlarımıza uyğun deyil. Yaxşı görəsən, bəs kimin maraqlarına uyğundur? Əlbəttə, bizim milli maraqlarımıza uyğun olmayan mütləq kiminsə milli maraqlarına uyğundur və bunu hamı dərk edir ki, bizimlə maraqları toqquşanlar kimlərdir. Onda tərəddüd etmədən belə ümumi qənaət ifadə etmək mümkündür ki, özünü media qrupu adlandıranların belə yersiz açıqlaması onun özünün nəyə xidmət etdiyini göstərməklə həmin qrupun özünüifşasına çevrildi. Azərbaycan çap mediası isə əlbəttə, hələ uzun illər fəaliyyət göstərməklə milli mətbuatımızın tarixi missiyası və ənənələrini yaşadacaq. Yeni media hesab etdiyimiz, internet media üçün kadr bazası kimi çıxış edəcək, milli dövlətimizin maraqlarını təmin etmək üçün informasiya savaşında daim öz dövlətinin yanında olacaq və Prezident İlham Əliyevin diqqət və qayğısına layiq olmağa çalışacaq. Bu gün çap mediası yüzlərlə qələm adamı üçün iş yeridir, təcrübə yeridir, daha qlobal informasiya məkanında fəaliyyət göstərmək üçün olduqca gərəkli hazırlıq platformasıdır. Azərbaycan dilinin bütün gözəl xüsusiyyətlərini, incəliklərini, siyasi publisistikamızı yaşadan, inkişaf etdirən, dilimizin keşiyində duran intellektual qaladır. Bunu yıxmağa cəhd etmək sadəcə siyasi macərapərəstlikdir”, - deyə millət vəkili əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

