/ / Aydın Quliyev: Azərbaycan mediası qərəzli və qisasçı şəxslərin mülahizələri əsasında yox, dövlətimizin mətbuata dəstək konsepsiyası əsasında inkişaf edir
Aydın Quliyev: Azərbaycan mediası qərəzli və qisasçı şəxslərin mülahizələri əsasında yox, dövlətimizin mətbuata dəstək konsepsiyası əsasında inkişaf edir
21.07.2018 [09:44]
“Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan KİVDF-yə 1 milyon manatın ayrılması medianın inkişafına xüsusi diqqətin göstərilməsini ifadə etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir”. Bu fikri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Onun sözlərinə görə, dövlətin mətbuata xüsusi diqqət və qayğı göstərməsindən, o cümlədən maliyyə dəstəyindən narahatlıq keçirənlərin yenidən fəallaşması təsadüfi deyil: “Media klubu”nda toplaşanlar da Azərbaycanda medianın, o cümlədən çap mətbuatının inkişafına narahatlıq və qısqanclıqla yanaşaraq əsassız - məntiqsiz iddialarla çıxış edirlər. Bunlar o şəxslərdir ki, vaxtilə özləri də Azərbaycan dövlətinin leqal maliyyəsi hesabına qəzet buraxıblar, illər boyu bu mənbədən bəhrələniblər, ancaq qanunla təqib olunan bəzi əməllərə görə qəzetlərinin çapı dayanandan sonra mətbuata dövlətin maliyyə dəstəyini pisləməyə başlayıblar. Onlar həmçinin bir zamanlar xaricdən alınan maliyyə ilə cəmi bir-iki il qəzet çıxara biliblər. Xaricdən qrant adı ilə gələn maliyyə əsasında qəzet çıxarmaq yaxşıdır, öz dövlətimizin qanuni maliyyəsi ilə qəzet buraxmaq pis?!”
“Media klubu”nda toplaşanlar milli mətbuatımızın qanuni maliyyə mənbələrini hədəfə almaqla Azərbaycanı sevməyən dairələrin yanında yer alırlar. Bu gün Azərbaycan mediası bu cür qərəzli və qisasçı şəxslərin mülahizələri əsasında yox, dövlətimizin mətbuata dəstək konsepsiyası əsasında inkişaf edir”, - deyə Aydın Quliyev bildirib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

