Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
21.07.2018 [09:45]
İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 22 iyul - Milli Mətbuat Günü münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Fondun icraçı direktoru Vüqar Səfərli çıxış edərək KİVDF-nin fəaliyyət göstərdiyi 9 ildən artıq müddətdə dövlətin mətbuatın inkişafı üçün 35 milyon manatdan çox vəsait ayırdığını diqqətə çatdırıb. Bildirib ki, bu vəsait əsasən çap mediasının inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilib. Fond mütəmadi olaraq müsabiqələr təşkil edir. Budəfəki müsabiqə 19 istiqamət üzrə keçirilib. Müsabiqəyə 66 KİV-dən 162 yazı təqdim edilib. Yazılar ekspertlər tərəfindən qiymətləndirilib və hər istiqamət üzrə 6 yazı qalib elan olunub. Birinci yer üzrə 1, ikinci yer üzrə 2, 3-cü yer üzrə isə 3 yer müəyyən edilib. Ümumilikdə 19 istiqamət üzrə 114 yazı qalib gəlib.
Sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, bu il Azərbaycan öz dövlətçilik tarixinin mühüm bir mərhələsini qeyd edir. Biz bir müddət əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd etdik. Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin mühüm mərhələsini təşkil edir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edərkən milli mediamızın da bayramını qeyd etməyi unutmuruq. Azərbaycan mediasının tarixi Azərbaycan Xalq Cümhuriyyətindən bir az da irəli gedir. Bildiyiniz kimi, 1875-ci ildə maarifçi alim, qabaqcıl ziyalı, Azərbaycan xalqının maariflənməsində, təhsilin inkişafında önəmli xidmətləri olmuş Həsən bəy Zərdabinin bilavasitə təşəbbüsü ilə “Əkinçi” qəzeti yaradılıb. “Əkinçi”yə gedən yol uzunmüddətli milli, mədəni, mənəvi inkişafın nəticəsi idi. Azərbaycan Rusiya imperiyasının tərkibində olan zaman xalqımızın maariflənməsini heç də istəmirdilər və buna görə də “Əkinçi” qəzeti cəmi iki il fəaliyyət göstərdi. Ermənilər tərəfindən çar Rusiyasına yazılan donoslar qəzetin bağlanmasına rəvac verdi. Ancaq “Əkinçi”nin bağlanması ilə Azərbaycan mediası öz inkişafını dayandırmadı. “Əkinçi” məktəbində formalaşan ziyalılar Azərbaycan mediasının sonrakı inkişafına öz dəstəklərini verdilər.
Xalq Cümhuriyyəti süquta uğrayandan sonra Azərbaycanın Sovet İttifaqının tərkibinə daxil edildiyini bildirən Əli Həsənov deyib ki, o zaman sosializm prinsiplərinə əməl edərək imkan verilən çərçivədə mediamızı, milli mənəvi dəyərlərimizi, maarifçiliyimizi inkişaf etdirmək məcburiyyətində qaldıq. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dönəmində - 1978-ci ildə Azərbaycan dilinin dövlət dili elan edilməsi həmin dövrdə milli medianın inkişafına böyük təkan verdi.
Çıxışına davam edən Prezidentin köməkçisi deyib: “Müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanda müstəqil media nümunələri də yaranmağa başladı. 1998-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mediası üzərindən bütün dövlət tənzimləmə mexanizmlərinin ləğv edilməsi, senzuranın aradan qaldırılması Azərbaycan milli mətbuatının yaranmasında Həsən bəy Zərdabinin xidmətləri qədər böyük əhəmiyyətə malik idi. O dövrdən başlayaraq Azərbaycan mediasında bugünkü inkişaf başladı. Bu gün Azərbaycan mediasının qabaqcıl nümunələri dünyanın istənilən media məkanında rəqabət aparmaq qabiliyyətinə malikdir. Azərbaycan jurnalistlərinin səsi nəinki ölkəmizdən, dünyanın bütün media aləmindən gəlir. Bu işdə Prezident İlham Əliyevin yürütdüyü azad media, plüralist cəmiyyət siyasətinin önəmli rolu var. Bu gün Azərbaycan mediası kifayət qədər inkişaf edib. Prezident İlham Əliyev mediaya xüsusi diqqət, qayğı göstərir. Jurnalistlərin sosial problemlərinin aradan qaldırılması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar öz bəhrəsini verir”.
Əli Həsənov bildirib ki, bu gün Azərbaycan və Türkiyə mediası dövlətlərimizin mənafeyini birgə müdafiə edir, birgə çıxış edirlər. Bu tədbirdə Türkiyədən olan jurnalistlərin iştirakı bunun bariz nümunəsidir.
Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Azərbaycan jurnalistlərini Milli Mətbuat Günü münasibətilə təbrik edib. Səfir ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da inkişafının məmnunluq doğurduğunu vurğulayıb.
Mərasimdə Anadolu Yayımçılar Dərnəyinin sədri Sinan Burhan fəxri diplomla təltif olunub.
Tədbir bədii hissə ilə davam edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15

