/ / Hikmət Babaoğlu: Prezident İlham Əliyevin Fransaya səfəri ölkəmizin milli maraqları baxımından olduqca önəmlidir
Hikmət Babaoğlu: Prezident İlham Əliyevin Fransaya səfəri ölkəmizin milli maraqları baxımından olduqca önəmlidir
24.07.2018 [09:28]
Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri olduqca mühüm əhəmiyyətə malik səfərdir. Bu səfər bir neçə səciyyəvi aspekti ilə Azərbaycan üçün önəmlidir. Əgər bunları sıralamağa çalışsaq, yəqin ki, hər şeydən əvvəl səfərin siyasi tərəfləri önə çıxar və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli üçün gələcəkdə yaxşı zəmin yarada bilməsi ilə qiymətləndirilər. Çünki Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və işğalçı Ermənistanla tarixən formalaşmış münasibətləri var. Bu isə həm də onun Ermənistana təsiretmə imkanlarının olması deməkdir. Ona görə də Fransa ilə strateji münasibətlərimizin dərinliyi bu ölkənin bizim daha yaxın müttəfiqlərimizdən biri olması anlamına gəlir. Azərbaycan bu həssas istiqamətdə daim xüsusi siyasi-diplomatik iş aparır. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin Fransaya səfəri işğalçı Ermənistanın da mətbuatının diqqət mərkəzində oldu və hətta bəzi KİV-lər Fransanın Ermənistanı satması ilə bağlı müəyyən xəbərlər belə yaydılar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Hikmət Babaoğlu qeyd edib ki, ikinci mühüm məsələ iki ölkə arasında münasibətlərin qarşılıqlı maraqlar aspektindən qiymətləndirilməsidir. Fransa Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından biridir və bu münasibətlərin potensialı olduqca çoxşaxəlidir. Nəzərə almaq lazımdır ki, Fransa öz iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərinin “böyük yeddiliyi”nə daxildir. Fransa dünyanın 5-ci iqtisadi gücüdür. O, dünya ÜDM-in 5 faizini və dünya ticarətinin 6 faizini formalaşdırır. Avropada ümumi iqtisadi göstəricilərinə görə isə Almaniyadan sonra ikinci yerdə durur. Bütün bunlar kifayət qədər cəlbedicidir və Azərbaycan kimi dinamik və inkişaf edən iqtisadiyyata sahib olan bir ölkənin diqqətini cəlb etməyə bilməz. Deputat, həmçinin bildirib ki, əgər buraya Fransa iqtisadiyyatının ən modern texnologiyalar əsasında formalaşması amilini də əlavə etsək, o zaman iqtisadiyyatımızın inkişafı üçün bu ölkənin potensialından nə qədər faydalana biləcəyimizi açıq görə bilərik. Azərbaycan da öz inkişaf potensialına və enerji resurslarına görə Fransa üçün əhəmiyyətli ölkədir. Ölkəmizdə münbit sərmayə mühiti var, beynəlxalq iqtisadi təşkilatların hesabatlarında iqtisadiyyatımız üçün optimist proqnozlar verilir ki, bu da Azərbaycanı Fransa şirkətləri üçün cəlbedici edir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin səfərinə Fransanın aparıcı şirkətləri çox böyük maraq göstərdilər. Prezident İlham Əliyev Fransada dostcasına qarşılandı və xüsusi diqqətlə əhatə olundu. Səfər zamanı Azərbaycan Prezidenti Fransa Prezidenti Emmanuel Makron, Fransa senatının sədri Jerar Larşe, Milli Assambleyanın sədri Fransua de Rüji, eləcə də Fransa iqtisadiyyatında aparıcı rol oynayan şirkət rəhbərləri ilə yüksək səviyyəli görüşlər keçirdi. Azərbaycan Prezidentinin səfərinə göstərilən yüksək diqqət ölkə rəhbərinin simasında dövlətimizə yüksək etimadın bariz nümunəsi kimi qiymətləndirilməlidir. Dövlətimizin başçısının fransalı həmkarı ilə şəxsi münasibətlərinin yaxınlaşması baxımından da bu səfər əhəmiyyətli oldu. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, səfər zamanı 2,3 milyard dollarlıq anlaşmalar imzalandı və bu anlaşmalar ölkəmizə olduqca böyük iqtisadi dividendlər qazandıracaq.
Deputat deyib: “Digər bir məsələ ondan ibarətdir ki, Fransa Avropa siyasətini müəyyənləşdirən böyük beşlik adlandırılan ölkələrdən biridir. Onun Avropa İttifaqı çərçivəsində də söz sahibi olması amilini nəzərə alsaq, bu ölkə ilə münasibətlərin bizim üçün nə dərəcədə əhəmiyyətli olmasını görə bilərik. Azərbaycan Avropa İttifaqı ilə “Tərəfdaşlıq prioritetləri” sənədini paraflayıb və İttifaq üzvü olan dövlətlərlə yeni keyfiyyətdə münasibətlərə başlayacaq. Bu sənəddə önə çıxan ən əsas məsələlərdən biri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin üzv ölkələr tərəfindən tanınması məsələsidir. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri ölkəmizin milli maraqları və təhlükəsizliyinin təmin olunması baxımından olduqca əhəmiyyətli bir səfər kimi qiymətləndirilməlidir”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52

