Leyla Əliyeva: “Jara-2018”in iştirakçılarına və tamaşaçılarına gözəl vaxt keçirməyi arzu edirəm
28.07.2018 [09:36]
İyulun 27-də - “Jara-2018” Beynəlxalq Musiqi Festivalının ikinci günündə iştirakçılar qırmızı xalının üzərindən keçiblər.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalın fəxri qonaqlarının arasında olub.
Əvvəlcə Xalq Artisti Emin Ağalarov və övladı qırmızı xalının üzərindən keçiblər.
Bəstəkar və müğənni Emin Ağalarov “Jara-2018”in də iştirakçılar və tamaşaçılar üçün yaddaqalan olacağını vurğulayıb. Qeyd edib ki, tamaşaçıların festivala marağı ifaçıları ilhamlandırır. Mən hamıya xoş anlar arzu edirəm.
Tədbirin aparıcısı qırmızı xalının üzərindən keçən Leyla Əliyevanı festivalın muzası kimi təqdim edərək, onda bu qədər müsbət emosiyanın olmasına heyran qaldığını bildirib.
Leyla Əliyeva deyib: “Özümü çox xoşbəxt hesab edirəm. Sizinlə ünsiyyətdə olanda daha çox sevinirəm. Zənnimcə, siz işinizi ideal səviyyədə yerinə yetirirsiniz. Dünən çox gözəl idi. Əminəm ki, bu gün də belə olacaq. Hamıya gözəl axşam və cansağlığı arzu edirəm. Sağ olun”.
Xalı üzərindən keçəndən sonra jurnalistlərin suallarını cavablandıran Leyla Əliyeva deyib ki, festival barədə təəssüratım çox zəngin və gözəldir. Ən başlıcası odur ki, hamı xoşbəxtdir, hamı sevinir. Görün, nə qədər qonaq var, onların hamısı bizim Bakı şəhərinə məftun olublar. Bütün ifaçıları dinləmək istəyirəm. Hamının rəqs etdiyini görmək çox xoşdur.
Qırmızı xalıdan Sergey Kojevnikov ailəsi ilə, eləcə də Qriqori Leps, The Jigits qrupu, Sevda Ələkbərzadə, Soqdiana, Stas Pyexa, Darya Antonyuk, Kristina Orbakayte, Filip Kirkorov, Valeriya, Araz Ağalarov, həyat yoldaşı, qızı və digərləri keçiblər.
Fəxri qonaq qismində xanımı ilə qırmızı xalının üzərindən keçən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, “Jara-2018” beynəlxalq musiqi festivalı çox gözəl təşkil olunub. Bu festivalın çox gözəl ölkədə, heyrətamiz Bakı şəhərində keçirilməsi onun əhəmiyyətini daha da artırır. Bizim Rusiya ulduzları bir neçə günlüyə buraya gəlir və onlar çox zəngin təəssüratla qayıdırlar. Beləliklə, biz bir-birimizi yada salırıq. Müasir dünyada bu, çox vacib amildir.
Dörd ildir ki, Bakıda olmadığını vurğulayan Dmitri Peskov deyib: “Bakı ecazkar şəhərdir. Mən onu sevirəm”.
Azərbaycanın Xalq Artisti Emin Ağalarov bu gün Leonid Aqutinin, Vladimir Presnyakovun və Valeriyanın yubiley gecələrinin keçiriləcəyini bildirib.
Qırmızı xalı üzərindən keçən ifaçılar Bakı və festival haqqında təəssüratlarını bölüşüb, yaradıcılıq yeniliklərindən söz açıblar.
Festivalın təşkilatçıları müğənni və bəstəkar, Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

