Küveyt Elektron Media Birliyi AZƏRTAC ilə əməkdaşlıq əlaqələri qurmaq istəyir
02.08.2018 [08:45]
Küveyt Elektron Media Birliyi Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə əməkdaşlıq əlaqələri qurmaq istəyir.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə Küveyt Elektron Media Birliyinin İdarə Heyətinin sədri Feysəl Xəlifə əs-Savağ arasında avqustun 1-də keçirilən görüşdə bu barədə müzakirələr aparılıb.
Görüşdə qonaqlara Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra keçdiyi inkişaf yolu barədə məlumat verilib. Qeyd olunub ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bakı hazırda dünyanı narahat edən bir çox qlobal problemlərin müzakirə olunduğu məkana çevrilib. Burada keçirilən mötəbər beynəlxalq tədbirlərdə Nobel mükafatçıları, yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, tanınmış ictimai-siyasi xadimlər, diplomatlar fəal iştirak edirlər. Diqqətə çatdırılıb ki, hazırda AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) sədridir.
AZƏRTAC-ın İdarə Heyətinin sədri dost ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.
Küveyt Elektron Media Birliyinin İdarə Heyətinin sədri Feysəl Xəlifə əs-Savağ Azərbaycanda sürətli inkişafın şahidi olduğunu söyləyib, xalqımızın qonaqpərvərliyini xüsusi qeyd edib. O, ölkələrimiz arasındakı münasibətlərin sürətli inkişafının məmnunluq doğurduğunu bildirib.
Bakıda Küveyt Elektron Media Birliyinin bürosunun açılmasında maraqlı olduqlarını deyən Feysəl Xəlifə əs-Savağ bunun Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərin küveytli oxuculara, eləcə də Küveytlə bağlı məlumatların Azərbaycanda daha geniş təqdim edilməsi baxımından çox faydalı ola biləcəyini deyib. Eyni zamanda, qonaq AZƏRTAC ilə əməkdaşlıq əlaqələri qurmaq istədiklərini vurğulayıb. Əlavə edib ki, bu əməkdaşlıq hər iki ölkənin sosial-iqtisadi, mədəni həyatının dərindən öyrənilməsi məqsədilə media nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkilini, müştərək layihələri əhatə edə bilər.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

