Dmitri Savelyev: Rusiya və Azərbaycanın strateji əməkdaşlığı dərin tarixi köklərə malikdir
07.08.2018 [09:14]
Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-a müsahibəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin təkcə Azərbaycan üçün deyil, Rusiya üçün də əhəmiyyətli olması, həmçinin müasir Rusiya-Azərbaycan münasibətlərinin perspektivləri barədə danışıb.
- Bu il Azərbaycanda əlamətdar tarix - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilir. Siz müasir Azərbaycan-Rusiya münasibətlərinin formalaşmasında Azərbaycan Xalq Cümhuriyyətinin oynadığı rolu necə qiymətləndirirsiniz?
- Rəhbərlik etdiyim Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu Bakıda yubiley tədbirlərində iştirak edib. Çox səmimi qarşılanmağımızı qeyd etməliyəm və buna görə azərbaycanlı dostlara və həmkarlara minnətdarlığımızı bildiririk. Azərbaycan Xalq Cümhuriyyətinə gəlincə... Dünyəvi dövlət, demokratik quruluş, kişi və qadın bərabərliyi, o dövr üçün olduqca müasir seçki sistemi və hüququ - bütün bunlar müsəlman Şərqi tarixində ilk respublikanı səciyyələndirir. Bu ənənələr müasir Azərbaycan Respublikasında da davam edir. Prezident İlham Əliyevin rəhbərliyi altında müasir Azərbaycan dünya ölkələrinin çoxuna nümunədir.
- Rusiya və Azərbaycan arasında ortaq cəhətlərin olmasını çoxları qeyd edir. Siz rusiyalıların və azərbaycanlıların hansı mənəvi-əxlaqi xüsusiyyətlərini, mədəni ənənələrini daha mühüm hesab edirsiniz?
- Rusiyalılar da, azərbaycanlılar da daim ünsiyyətə açıq, səmimi, qonaqpərvər, istiqanlıdırlar, hər hansı ədalətsizliyə və ayrı-seçkiliyə qarşı həssasdırlar. Onları vətənpərvərlik və dərin milli qürur hissləri yaxınlaşdırır. Rusiya Federasiyası və Azərbaycan xalqlarının mədəni ənənələrində də ortaq cəhətlər çoxdur. Xalqlarımız ənənəvi mədəni dəyərlərə - əxlaq, ailə dəyərlərinə söykənir, Qərbin fəal şəkildə zorla qəbul etdirmək istədiyi yalançı dəyərləri rədd edir. Qeyd edim ki, Azərbaycan Xalq Cümhuriyyəti də Rusiya kimi 100 il əvvəl maarifçi Avropa yolunu - dünyəvi dövlət, demokratik quruluş, kişi və qadınların hüquq bərabərliyi və ənənəvi mənəvi dəyərlərə istiqamət götürüb. Lakin zaman-zaman vəziyyət dəyişib. Müasir Avropa və Qərb, ümumilikdə, bir çox məsələdə nəinki nümunə götürüləsi deyil, hətta bunun əksinədir. Biz rusiyalılara və azərbaycanlılara öz mədəni norma və dəyərlərimizə söykənmək, bir-birimizdən öyrənmək, ölkələrimizin inkişafında öz yolumuzu tutmağımız mühümdür.
- Biz keçmişdən danışdıq. Sizin fikrinizcə, Azərbaycan-Rusiya münasibətlərini gələcəkdə nə gözləyir?
- Bizim çox hörmətli liderlərimiz Vladimir Vladimiroviç Putinin və İlham Heydər oğlu Əliyevin görüşləri, cəmiyyətlərimiz arasında bütün səviyyələrdə çoxsaylı qarşılıqlı əlaqələr xalqlarımız arasında dostluğu təbii yolla möhkəmləndirir. Azərbaycan Respublikasının səfirliyi Moskvada, Dövlət Dumasının yaxınlığında yerləşir. Səfirliyin yanındakı bağçada Müslüm Maqomayevin abidəsi ucalır. Bu abidə Rusiya və Azərbaycan mədəniyyətlərinin vəhdətinin rəmzidir. Bu, hər iki xalq üçün tanınmış simadır. Ənənələr isə davam edir - Rusiyada, futbol üzrə dünya çempionatının bağlanışına həsr edilmiş konsertdə Böyük Teatrda opera müğənnisi, Azərbaycanın Xalq Artisti, Rusiya opera səhnəsinin ulduzu, lakin əslən Azərbaycandan olan Yusif Eyvazov çıxış edib. Bu, onu göstərir ki, Rusiya və Azərbaycanın strateji əməkdaşlığı çox şey vəd edən gələcəyə malikdir.
Əminəm ki, biz Rusiya Federasiyası və Azərbaycan Respublikası xalqları arasında bütün sahələrdə münasibətləri bundan sonra da inkişaf etdirməliyik. Çünki bu, dövlətlərimizin inkişafına yeni təkan verəcək.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

