/ / Vüqar Rəhimzadə: “Cənub Qaz Dəhlizi” layihəsi beynəlxalq əməkdaşlığa, sülhə və təhlükəsizliyə mühüm töhfədir
Vüqar Rəhimzadə: “Cənub Qaz Dəhlizi” layihəsi beynəlxalq əməkdaşlığa, sülhə və təhlükəsizliyə mühüm töhfədir
10.08.2018 [08:50]
Artıq uzun illərdir ki, Azərbaycan həyata keçirdiyi möhtəşəm qlobal layihələrlə dünyanın diqqətini özünə cəlb edə bilib. Sahib olduğu enerji resurslarından səmərəli şəkildə istifadə edərək həm özünün, həm də regionun inkişafını, təhlükəsizliyini təmin edən Azərbaycan beynəlxalq təşkilatların və əksər dövlətlərin əsas tərəfdaşlarından birinə çevrilib. Bu gün dünyanın güc mərkəzləri ölkəmizlə əməkdaşlıqdan məmnunluqlarını ifadə edir, bu münasibətlərin daha da genişlənməsinin vacibliyini bildirirlər. Sözsüz ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən və bir çox dövlətlərin iştirakçısı olduqları, artıq dünyanın enerji xəritəsini dəyişən “Cənub Qaz Dəhlizi” layihəsi beynəlxalq əməkdaşlığa, sülhə və təhlükəsizliyə mühüm töhfədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, bu il açılış mərasimləri keçirilən “Cənub Qaz Dəhlizi” layihəsi, o cümlədən layihənin əsas seqmentlərindən biri olan TANAP ölkəmizin enerji resurslarının Avropaya çatdırılmasında mühüm vasitədir. “Cənub Qaz Dəhlizi” layihəsi, onun əsas seqmentləri olan “Şahdəniz-2”, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP Avropa İttifaqı üçün prioritet enerji layihələridir. Məlum olduğu kimi, bu layihə vasitəsilə “Şahdəniz-2” yatağından hasil olunacaq qaz Türkiyəyə və oradan da Avropaya çatdırılacaq. Uzunluğu 3500 kilometr olan “Cənub Qaz Dəhlizi” layihəsi ilə ilk mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr qaz nəql ediləcək. “Cənub Qaz Dəhlizi” layihəsinin, o cümlədən TANAP-ın açılış mərasimlərində iştirak edən dövlət və hökumət başçıları “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətini xüsusi vurğulayıblar. Göründüyü kimi, layihəni ABŞ, Avropa yüksək səviyyədə dəstəkləyir, onun önəmini bir daha diqqətə çatdırır.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, ABŞ-ın İrana qarşı yeni sanksiyalarının Cənub Qaz Dəhlizinə aid edilməməsi layihənin əhəmiyyətini bir daha ortaya qoyur. Baş redaktor deyib: “Məlum olduğu kimi, “S&P Global Platts” agentliyi ABŞ Prezidenti Donald Trampın müvafiq qərarına istinadən məlumat yayıb ki, İrana qarşı yeni sanksiyalar “Cənub Qaz Dəhlizi” layihəsinə aid edilməyib. Məlumatda bildirilir ki, layihənin məqsədi Xəzər dənizində hasil edilən 16 milyard kubmetr təbii qazın Türkiyə və Cənubi Avropa ölkələrinə nəql edilməsidir. BP şirkəti bu sanksiyaların Cənub Qaz Dəhlizinin təbii qaz mənbəyi olan “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinə şamil edilməməsini istəyib. ABŞ Prezidentinin bu qərarında “təbii qaz layihəsi istisna olmaqla” bəndində məhz Cənub Qaz Dəhlizi nəzərdə tutulur. Bir daha vurğulamaq lazımdır ki, “Cənub Qaz Dəhlizi” layihəsi dünya səviyyəsində dəstəklənir, yüksək qiymətləndirilir”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

