/ / Şahin İsmayılov: Konvensiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə təkan verəcək
Şahin İsmayılov: Konvensiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə təkan verəcək
15.08.2018 [09:04]
“Yaxın gələcəkdə Xəzəryanı ölkələrin qarşılıqlı əməkdaşlığının daha da genişlənəcəyinin, təkcə neft-qaz sahəsində deyil, digər istiqamətlərdə də ortaq layihələrin həyata keçirilməsinin şahidi olacağıq. Xəzərin hüquqi statusuna dair Konvensiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə təkan verəcək”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
Şahin İsmayılov qeyd edib ki, avqustun 12-də tarixi hadisənin şahidi olduq. Artıq 1996-cı ildə başlanan danışıqlar öz məntiqi nəticəsini tapdı və Xəzərin hüquqi statusu müəyyənləşdi. Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinin əhəmiyyətini bir neçə istiqamət üzrə dəyərləndirmək olar. Birincisi, Xəzəryanı ölkələrin uzun müddət apardıqları danışıqlar zamanı ortaya çıxan müəyyən ziddiyyətlər aradan qalxdı. Xəzəryanı ölkələr Xəzərin statusu ilə bağlı yekun bir qərara gəldi. Bu, tarixi və siyasi hadisədir. İkincisi, artıq Xəzəryanı ölkələrin daha geniş şəkildə ortaq layihələr həyata keçirməsi asanlaşacaq. Bir sıra yataqların birgə işlənməsi ilə bağlı perspektiv layihələrin şahidi olacağıq.
Milli Məclisin deputatı deyib: “Üçüncüsü, Xəzərə daha böyük investisiyaların cəlb olunmasını müşahidə edəcəyik. Bu investisiyalar həm neft-qaz yataqlarının birgə işlənməsi sahəsində, həm də Xəzərin turizm və nəqliyyat imkanlarından daha geniş şəkildə istifadə olunmasına gətirib çıxaracaq. Xəzərin olduqca böyük turizm və nəqliyyat imkanları var. Ona görə dövlət başçılarının imzaladığı sənəd Xəzərin bu imkanlarından gələcəkdə daha geniş istifadə olunmasına şərait yaradacaq”.
Şahin İsmayılov bildirib ki, dördüncü istiqamət kimi Xəzəryanı dövlət başçılarının imzaladığı bu sənəddə qarşılıqlı etimadın, inamın, güvənin şahidi olduq. Bu gün Xəzəryanı ölkələrin dövlət başçıları arasında kifayət qədər yaxşı münasibətlər mövcuddur, həm də xalqlarımız arasında tarixi bağlılıq var. Bu, xalqlarımızın daha da yaxınlaşmasına gətirib çıxaracaq. Ümumilikdə, bu tarixi sənədin imzalanması əməkdaşlıq üçün geniş perspektivlər açır.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53

