Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır
05.09.2018 [09:22]
Ekspertlər qeyd edirlər ki, Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafına xidmət etməklə yanaşı, regional əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr verir
Milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində mövqeyi mütəmadi olaraq möhkəmlənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Regionda sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan, eyni zamanda, beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Hazırda Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında davamlı yüksəlişə malikdir. Şübhəsiz, bütün bunların əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır.
Azərbaycanın xarici siyasət kursunda Rusiya Federasiyası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. İki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Ekspertlər qeyd edirlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri isə iki ölkə arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir.
Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvü Aydın Hüseynov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri həm iki ölkə arasında münasibətlərin, həm də bütövlükdə bölgədə əməkdaşlığın inkişafı baxımından xüsusi önəm daşıyır: “Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır və hər iki ölkənin milli maraqlarına cavab verir”.
Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin də uğurla inkişaf etdiyini qeyd edən millət vəkili əlavə edib ki, tərəflər arasında əmtəə dövriyyəsinin artması təqdirəlayiq haldır. “Ötən ilin yekununa görə, Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi, demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Bu, olduqca müsbət göstəricidir. Digər tərəfdən, Rusiya idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır və qeyri-neft sahəsinin azərbaycanlı ixracatçıları üçün birinci yerdədir. Bununla yanaşı, tərəflər arasında mühüm investisiya layihələri həyata keçirilir”, - deyə A.Hüseynov vurğulayıb. Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın böyük potensialı var.
Millət vəkili qeyd edib ki, səfər çərçivəsində Rusiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığa dair mühüm sənədlərin imzalanması iki ölkə münasibətlərinin inkişafına əhəmiyyətli töhfələr verəcək.
Milli Məclisin deputatı Rauf Əliyev isə vurğulayıb ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafına xidmət edir: “Cənubi Qafqazın lider dövləti olan Azərbaycan uğurlu və səmərəli xarici siyasət həyata keçirir və ölkəmizın beynəlxalq münasibətlər sistemində mövqeyi mütəmadi olaraq möhkəmlənir. Azərbaycan regional əməkdaşlıq və təhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirir və mühüm əhəmiyyət verir. Ölkəmizin Rusiya ilə qarşılıqlı faydalı münasibətlərinin inkişafı da regional əməkdaşlıq və təhlükəsizliyə əhəmiyyətli töhfədir. Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri bu münasibətlərin daha da inkişafı və dərinləşdirilməsi baxımından strateji önəm kəsb edir”.
Millət vəkili onu da bildirib ki, Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin də diqqət mərkəzində olması xüsusilə qeyd edilməlidir: “Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaxından iştirak edir. Şübhəsiz ki, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin nizamlanmasında səylərini bundan sonrada davam etdirəcək”, - deyə R.Əliyev əlavə edib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

