Azərbaycanın Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Rumıniyada bir sıra görüşlər keçirib
06.09.2018 [09:32]
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 3-dən 5-dək Rumıniyada səfərdə olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Rumıniya Baş nazirinin strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə müavini Ana Birçal, xarici işlər naziri Teodor Meleşkanu ilə görüşlər keçirilib, nazir müavini Danuts Sebastian Nekulaesku ilə Azərbaycan və Rumıniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb.
Görüşlərdə iki ölkə arasında münasibətlərin dərin tarixi köklərə və əməkdaşlıq-tərəfdaşlıq ənənələrinə əsaslandığı, bu əlaqələrin bu gün də uğurla genişləndirilməsi və dərinləşdirilməsi məsələləri müzakirə olunub. Həmçinin ölkələrimizin ikitərəfli və çoxtərəfli müstəvidə də fəal və səmərəli əməkdaşlıq etdikləri bildirilib.
Söhbət zamanı Rumıniyanın Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən olduğu qeyd edilib. Ötən dövrdə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatmasının hər iki ölkənin bu istiqamətdə əzmkar və səmərəli fəaliyyətinin nəticəsi olduğu vurğulanıb. Avropa İttifaqı-Azərbaycan əlaqələrinin genişləndirilməsi istiqamətində strateji tərəfdaş kimi Rumıniyanın mühüm rol oynadığı qeyd edilib. Gələn ilin ilk yarısında Rumıniyanın Avropa İttifaqı (Aİ) Şurasında sədrliyinin Aİ-Azərbaycan əlaqələrinin dərinləşməsi və möhkəmlənməsi baxımından faydalı olacağı ifadə edilib.
Hər iki ölkənin müstəqilliyinin 100, diplomatik əlaqələrin 25, strateji tərəfdaşlıq münasibətlərinin 10 illiyi barədə söhbət aparılıb, ölkələr arasında əldə edilmiş uğurların davamlı olacağı vurğulanıb.
Görüşlərdə iqtisadi əlaqələr də müzakirə edilib, qeyri-neft sektoru, kənd təsərrüfatı, infrastruktur, informasiya texnologiyaları, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün zəruri işlərin həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunulub. Münaqişənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında həll olunmasının Rumıniya tərəfindən həmişə dəstəklənəcəyi vurğulanıb.
Xələf Xələfov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ədalətli mövqeyinə görə Rumıniya tərəfinə minnətdarlığını bildirib.
Görüşlər çərçivəsində siyasi məsləhətləşmələrin mütəmadi olaraq keçirilməsinin vacibliyi vurğulanıb, Xarici İşlər nazirliklərinin idarələri arasında görüşlərin keçirilməsi, bu istiqamətdə Strategiya Planının üzərində çalışıldığı qeyd edilib. Rumıniyanın Baş naziri Viorika Dançilanın Azərbaycana səfərinin qısa müddət ərzində həyata keçirilməsinin nəzərdə tutulduğu bildirilib.
Siyasi məsləhətləşmələr zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub, Qara dəniz-Xəzər dənizi Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi və Rumıniyanın TAROM şirkəti tərəfindən Buxarest-Bakı istiqamətində uçuşların həyata keçirilməsi məsələləri müzakirə edilib.
Görüşlərdə, həmçinin regionda və dünyada baş verən siyasi hadisələrlə bağlı müzakirələr, hazırkı geosiyasi vəziyyətdə ölkələrimizin milli maraqlarına dair fikir mübadilələri də aparılıb.
Səfər çərçivəsində Buxarest şəhərində Tei parkındakı Heydər Əliyev xiyabanı ziyarət edilib, Ulu öndərimizin abidəsi önünə gül dəstələri qoyulub.
Xəbər lenti
Hamısına baxHərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06

