/ / Sinxuanın baş redaktoru Hi Pinq: AZƏRTAC ilə əməkdaşlığımız xalqlarımızın daha da yaxınlaşmasına xidmət edir
Sinxuanın baş redaktoru Hi Pinq: AZƏRTAC ilə əməkdaşlığımız xalqlarımızın daha da yaxınlaşmasına xidmət edir
18.09.2018 [10:02]
Sinxua informasiya agentliyi Azərbaycanla bağlı məlumatları ölkənin əsas xəbər mənbəyi olan AZƏRTAC-dan alır. İki agentlik arasındakı əməkdaşlıq müqaviləsi informasiya mübadiləsini daha da genişləndirmək və birgə layihələr həyata keçirmək üçün geniş imkanlar açır.
Bu fikirlər Çinin Sinxua agentliyinin nazir statusunda baş redaktoru Hi Pinqin rəhbərliyi ilə Bakıda səfərdə olan nümayəndə heyətinin AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşündə səslənib.
Azərbaycanın və Çinin qədim tarixi əlaqələrə malik olduğunu deyən İdarə Heyətinin sədri Aslan Aslanov xalqlarımız arasında əlaqələrin dərinləşməsində hər iki ölkənin milli informasiya agentliklərinin böyük rolu olduğunu vurğulayıb. Qeyd olunub ki, AZƏRTAC ilə Sinxuanın 2003-cü ildən başlayan əməkdaşlığı dövründə birgə fotosərgilər, təqdimatlar, informasiya və təcrübə mübadiləsi həyata keçirilib. Eyni zamanda, hər iki agentlik hazırda AZƏRTAC-ın sədri olduğu iki beynəlxalq təşkilatda - Dünya Xəbər Agentlikləri Konqresində və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatında (OANA) sıx əməkdaşlıq edir. “Bu ilin iyununda Pekində Sinxuanın prezidenti Çay Mincao ilə görüşdə bir sıra əməkdaşlıq məsələlərini geniş müzakirə etdik. Bundan əlavə, orada Şanxay Əməkdaşlıq Təşkilatının birinci media sammiti çərçivəsində Sinxua ilə yeni əməkdaşlıq sazişi imzaladıq. Əminəm ki, bu, əlaqələrimizin inkişafı üçün yeni imkanlar açacaq”, - deyə Aslan Aslanov bildirib.
Diqqətə çatdırılıb ki, Çinin “Bir kəmər - bir yol” təşəbbüsünün, həmçinin Azərbaycanın müəllifi olduğu Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat marşrutlarının həyata keçirilməsi informasiya sahəsində də əlaqələrin intensivləşməsini şərtləndirir. Bununla əlaqədar Sinxuanın təsis etdiyi “Bir kəmər - bir yol İqtisadi İnformasiya Tərəfdaşlığı” alyansına AZƏRTAC-ın da qoşulacağı və dünyanın hər yerindən xəbər təchizatçıları ilə informasiya mübadiləsi aparacağı qeyd olunub.
AZƏRTAC ilə əməkdaşlığa böyük önəm verdiklərini deyən Sinxua agentliyinin baş redaktoru Hi Pinq ikitərəfli münasibətlərdəki dinamikliyi yüksək qiymətləndirdiklərini vurğulayıb. O, AZƏRTAC-ın informasiya təchizatçısı kimi inkişafının göz qabağında olduğunu söyləyib. “Sizinlə mənim Pekində imzaladığımız müqavilə informasiya mübadiləsini artırmağa yönəlib ki, bu da xalqlarımızın bir-birini daha yaxından tanımasına, ölkələrimizin iqtisadi və mədəni həyatındakı hadisələrin qarşılıqlı işıqlandırılmasına böyük töhfə olacaq”, - deyə Hi Pinq qeyd edib.
Baş redaktor AZƏRTAC-ın OANA-nın fəaliyyətinin təkmilləşdirilməsi üçün irəli sürdüyü təklifləri Sinxuanın dəstəklədiyini bildirib. AZƏRTAC-ın Çin dilində informasiya yayımının onlar üçün önəmli olduğunu deyən Hi Pinq bu istiqamətdə də lazımi dəstək göstərməyə hazır olduqlarını söyləyib.
Görüşdə birgə layihələrin reallaşdırılması, Dünya Xəbər Agentlikləri Konqresinin və OANA-nın fəaliyyətinin artırılması, müasir medianın inkişaf meyilləri barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün səylərin gücləndirilməsinin vacibliyi qeyd olunub.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25

